ELSA Azərbaycan tərəfindən Bakı şəhərində keçirilən “Biznes hüququ” mövzusunda 9-cu Beynəlxalq Yay Hüquq Məktəbinin açılış mərasimi baş tutub.
ELSA Azərbaycanın təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, “Dentons Bakı” şirkəti, “Turan Legal and Tax Services” şirkəti, “KPMG Azərbaycan” şirkəti, “PwC Azərbaycan” şirkəti, “Legalize” hüquq şirkəti, “Sirab”, “HARİKA”, “Bergtea”nin maliyyə və akademik dəstəyi ilə Bakı şəhərində keçirilən “Biznes hüququ” mövzusunda 9-cu Beynəlxalq Yay Hüquq Məktəbinin açılış mərasimi baş tutub. Açılış mərasimi 7 saylı Bakı “ASAN xidmət” mərkəzində baş tutmuşdur.
Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan olunmuşdur. Daha sonra ELSA Azərbaycanın Prezidenti Nazim Çələbiyev çıxış edərək tədbirin keçirilməsinin önəmini vurğulayıb və dəstək göstərən qurumlara təşəkkür etmişdir.
ELSA Azərbaycanın Seminarlar və konfranslar üzrə vitse-prezidenti Tünzalə Mustafazadə çıxış edərək layihənin gedişatından bəhs etmiş və hüquq tələbələri üçün əhəmiyyətini vurğulamışdır.
Sonra çıxış edən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) Beynəlxalq ələqələr üzrə meneceri Nəriman Əliyev NAYORA-nın fəaliyyətindən və ELSA Azərbaycanla uğurlu əməkdaşlıqdan bəhs etmişdir.
Daha sonra “Turan Legal and Tax Services” şirkətinin hüquq meneceri Rəşad Cahangirov çıxış edərək şirkətin fəaliyyəti barəsində məlumat vermişdir.
Sonda isə ELSA Azərbaycanın Səhnələşdirilmiş Məhkəmə Müsabiqələri üzrə vitse-prezidenti Ənvər Hüseynov çıxış edərək akademik proqram barəsində məlumat vermiş və akademik proqram başlamışdır.
Məlumat üçün bildirək ki, 6–13 iyul tarixlərini əhatə edəcək silsilə təlimlərdə Belçika, İtaliya, Albaniya, Almaniya, Yunanıstan, Serbiya, Birləşmiş Krallıq və digər Avropa ölkələrindən olan ümumilikdə 50 nəfər hüquq tələbəsi biznes hüququna dair baza biliklər əldə etməklə yanaşı, mədəni və sosial proqramlar vasitəsilə Azərbaycan mədəniyyəti ilə yaxından tanış olacaqlar.