Niyə ELSA?
ELSA Azərbaycanın üzvü olmaqla siz həm praktiki hüquqşünaslarla ünsiyyətdə olur, həm də gələcəyin hüquqşünasları olan geniş tələbə birliyinə qoşulursunuz. ELSA-nın üzvü olmaqla müxtəlif beynəlxalq tədbirlərdə iştirak edə bilərsiniz. Səhnələşdirilmiş Məhkəmə Prosesləri, Negotiation Competition və diqər yarışlarda iştirak etməklə öz praktiki hüquq təcrübənizi artıra bilərsiniz. STEP proqramı ilə Avropanın müxtəlif ölkələrində işləyə və təcrübə keçə bilərsiniz.
AKADEMİK FƏALİYYƏTLƏR
Akademik fəaliyyətlər hüquqşünas tələbələrə və gənc hüquqşünaslara öyrəndikləri nəzəri bilikləri müxtəlif üsullarla praktiki cəhətdən tətbiq etməyə, müxtəlif hüquqi mövzular çərçivəsində müzakirə və araşdırmalar aparmağa imkan verir.
SƏHNƏLƏŞDİRİLMİŞ MƏHKƏMƏ PROSESİ MÜSABİQƏLƏRİ
Səhnələşdirilmiş Məhkəmə Prosesi Müsabiqələri hüquqşünas tələbələrə şərait yaradır ki, dərsdə keçilən nəzəri bilikləri praktiki cəhətdən prosessual qaydalara riayət etməklə Yerli Məhkəmə Müsabiqəsi və Avropa İnsan Hüquqları Məhkəmə Simulyasiyasında tətbiq edərək mənimsəsinlər.
SEMİNAR VƏ KONFRANSLAR
Seminarlar və Konfranslar hüquq tələbələri və gənc hüquqşünaslara, əsasən, onların universitet proqramı çərçivəsində öyrənə bilmədikləri müxtəlif hüquqi mövzular haqqında müzakirə etmək və öyrənmək imkanı verir.
TƏLƏBƏ TƏCRÜBƏ MÜBADİLƏ PROQRAMI
ELSA Azərbaycan nəzdində fəaliyyət göstərən Tələbə Təcrübə Mübadilə Proqramı hüquq tələbələri və gənc hüquqşünaslar üçün xaricdə hüquq və onunla bağlı sahələrdə təcrübə keçmək üçün əvəzedilməz fürsətdir.