Xəbərlər

Əhəmiyyətli Hüquq Xəbərləri və Təsirlər

Ən Son Hüquq Xəbərləri ilə hüquq sahəsindəki vacib inkişafları izləyin. Yeni qanunvericilik, məhkəmə qərarları və hüquqi yeniliklər haqqında məlumat əldə edin.

Qəbələdə Beynəlxalq Qış Hüquq Məktəbinin VII buraxılışı keçirildi

8-15 fevral 2026-cı il tarixlərində Qəbələ şəhərində müqavilə hüququna həsr olunmuş “WELS Gabala” Qış Hüquq Məktəbinin 7-ci buraxılışı uğurla həyata keçirilib. Tədbir ELSA Azərbaycanın təşkilatçılığı, “Turan Legal and Tax Services” və “Azerlegal Group”un maliyyə dəstəyi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının, “Legalize Law Firm”, “KPMG Law Azərbaycan” və “Ironwood Consulting” kimi nüfuzlu hüquq şirkətlərinin isə akademik əməkdaşlığı, həmçinin mədəni proqram üzrə “Savalan Aspi Winery MMC”nin dəstəyi ilə baş tutub.

Tədbirin açılış mərasimində Təşkilat Komitəsinin sədri Əli Səfərəliyev və akademik proqram üzrə məsul şəxs Səmayə Abbasquliyeva çıxış edərək Qış Hüquq Məktəbinin müqavilə hüququ sahəsində biliklərin artırılması, gənc hüquqşünasların inkişafı və beynəlxalq şəbəkələşmənin gücləndirilməsi baxımından əhəmiyyətini xüsusi vurğulayıblar.

Bu ilki Qış Hüquq Məktəbi Macarıstan, Böyük Britaniya, Polşa, Türkiyə, Çexiya və İsveç də daxil olmaqla müxtəlif Avropa ölkələrindən gəlmiş təxminən 15 hüquq tələbəsini bir araya gətirib. İştirakçılar həm akademik proqram çərçivəsində müqavilə hüququnun aktual aspektlərini müzakirə edib, müxtəlif hüquqşünas və ekspertlərin məruzələrini dinləyib, həm də intensiv sosial və mədəni proqram vasitəsilə şəbəkələşmək imkanı əldə ediblər.

7 gün davam edən proqram çərçivəsində iştirakçılar Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olublar. Nohur gölü, Şəki xan sarayı, “Qəbələnd” istirahət mərkəzi, Savalan şərab zavodu səfərləri kimi tədbirlər xarici iştirakçılar üçün unudulmaz təcrübə yaradıb. Qonaqlar həmçinin bir həftə ərzində Azərbaycan mətbəxinin çoxsaylı nümunələrini dadaraq ölkənin kulinariya irsini kəşf ediblər.

Tədbirin akademik hissəsinin yekununda iştirakçılar üçün praktiki bacarıqların inkişafına yönəlmiş müqavilə mübahisələri üzrə arbitraj simulyasiyası da keçirilib ki, bu da onların əldə etdikləri bilikləri tətbiq etməsinə imkan verib.

“WELS Gabala 2026” həm akademik, həm də mədəni baxımdan zəngin proqramı ilə iştirakçıların hüquqi biliklərini artırmaqla yanaşı, onların müxtəlif ölkələrdən olan həmkarları ilə əlaqə qurmasına və Azərbaycan mədəniyyətini yaxından tanımasına şərait yaradıb.

Əlaqəli Xəbərlər

ELSA Azərbaycan tərəfindən “Suverenlik və müstəqilliyin konstitusion hüquqi əsasları” layihəsi çərçivəsində məktəb şagirdlərinə hüquqi maarifləndirmə məqsədli təlimlər keçirilmişdir

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) “Şəbəkə: Gənclər Təşkilatlarının fəaliyyətlərinə dəstək” proqramı çərçivəsində “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – Bakı” İctimai Birliyi (ELSA Azərbaycan) tərəfindən “Suverenlik və müstəqilliyin konstitusion hüquqi əsasları” adlı layihə həyata keçirilmişdir. Layihə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi

Ətraflı »

ELSA Azərbaycanın XII Ümumi Yığıncağı həyata keçirilmişdir

20 dekabr 2025-ci il tarixində ASAN İnnovativ İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə ELSA Azərbaycanın XII Ümumi Yığıncağı baş tutmuşdur! ELSA Azərbaycanın XII Ümumi Yığıncağı Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan olunmuşdur. ELSA Azərbaycanın Baş katibi Murad Əsgərov tərəfindən XII Ümumi Yığıncağın tərkibi elan olunmuşdur.

Ətraflı »

Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının XI buraxılışının final mərhələsi keçirilmişdir

17 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində ELSA Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının tam dəstəyi ilə təşkil olunan Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının XI buraxılışının final mərhələsi keçirilmişdir. Tədbirin açılışında Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Ziya Qasımov çıxış edərək iştirakçıları salamlayıb,

Ətraflı »