Hüquq tələbələrinə nəzəri biliklərini praktiki şəkildə sınayaraq özlərini inkişaf etdirəcəkləri müstəvilər yaradırıq
Bura milli qanunvericiliyə əsaslanan məhkəmə müsabiqələri, insan hüquqları və beynəlxalq hüquq sahələrinə aid məhkəmə müsabiqələri, məktəb şagirdləri üçün nəzərdə tutulmuş məhkəmə müsabiqələri aid edilir. Müxtəlif fəaliyyət illərində tərəfimizdən Avropa İnsan Hüquqları Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsi Simulyasiyaları, həmçinin, azərbaycan dilində və rus dilində səhnələşdirilmiş məhkəmə müsabiqələri təşkil edilmişdir.
Avropa İnsan Hüquqları Məhkəməsinin simulyasiyasından ibarət məhkəmə müsabiqəsidir. Müsabiqənin keçirilməsində əsas məqsəd hüquq tələbələri və gənc hüquqşünasların insan hüquqları haqqında məlumatlılıqlarını artırmaq, bu sahədə davam edən müzakirələrə töhfə verməkdən ibarətdir. Müsabiqə iştirakçıları Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ ilə daha yaxın tanış olmaq və məhkəməyə müraciət qaydalarını öyrənmək imkanını əldə edirlər. Müsabiqədə iştirak edən komandalar 2 üzvdən ibarət olur. Hər komanda həm cavabdeh, həm də ərizəçi adından yazılı müraciətləri (memorialları) təqdim edir. Yazılı müraciətlər mərhələsindən uğurlu keçən 8 ən yaxşı komanda Şifahi çıxışlar mərhələsinə vəsiqə qazanır. Daha ətraflı məlumat üçün:
Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının Məlumat Kitabçası
2011-ci ildən etibarən milli qanunvericiliyə əsaslanan səhnələşdirilmiş məhkəmə müsabiqəsinin təşkilinə başlanıldı. Bu Müsabiqənin keçirilməsində məqsəd hüquq tələbələrinin nəzəri biliklərini təcrübə ilə birləşdirərək hüquqşünas kimi yetişmələrinə dəstək olmaqdır. Nəticədə, tələbələr yerli qanunvericiliyi araşdırmaqdan əlavə, təhlil və analiz etmək, habelə yerli qanunvericiliklə beynəlxalq normaların müqayisəsini aparmaq imkanını əldə edirlər. Müsabiqənin kazusları hər instansiya üzrə müvafiq olaraq cinayət, inzibati və mülki kazuslardır. Komandalar 2 üzvdən ibarət olur. İştirakçı statusunu qazanmaq üçün Qeydiyyat və Müsahibə mərhələlərini uğurla keçmək lazımdır. Daha ətraflı məlumat üçün:
şagirdlərin hüquq tələbələrinin mentorluğu ilə səhnələşdirilmiş məhkəmə prosesində iştirak etdiyi məhkəmə simulyasiyasıdır. Şagirdləri real məhkəmə mühiti ilə tanış etmək, eləcə də hüquq tələbələrinin hüquqi biliklərini öyrədərək təkmilləşdirilməsi məqsədi ilə təşkil olunur. Layihənin əsası Bakı şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə 2022-ci ildə ELSA Azərbaycan tərəfindən qoyulmuş və həmin ildə ilk buraxılışı keçirilmişdir. Müsabiqədə iştirak edən komandalar 3 üzvdən ibarət olur: 2 məktəbli və 1 tələbə-mentor. Tələbələrin seçiminə 2 əsas mərhələ aid edilir: qeydiyyatdan uğurla keçmək və müsahibədə iştirak etmək. Şagirdlərin seçilməsinə isə 1 əsas mərhələ aid edilir: müsahibədə iştirak etmək. Daha ətraflı məlumat üçün:
“Gənc Hüquq Müdafiəçiləri” Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsinin Məlumat Kitabçası
layihənin ilk buraxılışı 2024-cü ilin fevral-mart aylarında baş tutmuşdur. Beynəlxalq Ədalət Məhkəməsi Simulyasiyası Birləşmiş Millət Təşkilatının 6 orqanından biri olub, millətlərarası mübahisələri həll edən yeganə məhkəmənin səhnələşdirilmiş proseslərindən ibarətdir. Müsabiqənin keçirilməsində əsas məqsəd hüquq tələbələrinin və gənc hüquqşünasların beynəlxalq hüquq haqqında məlumatlarını artırmaq, beynəlxalq hüquq sahəsində davam edən müzakirələrə töhfə verməkdən ibarətdir. Beynəlxalq Ədalət Məhkəməsi Simulyasiyası tələbələrin hüquqi bilik və bacarıqların inkişafına ümumi beynəlxalq hüquq sahəsi barəsində daha çox məlumat əldə etmələrinə fürsət yaradır. Komandalar 2 üzvdən ibarət olur. İştirakçı statusunu qazanmaq üçün Qeydiyyat və Yazılı Müraciət mərhələlərini uğurla keçmək lazımdır. Bu mərhələləri uğurla keçən komandalar proseslərdə iştirak haqqı qazanırlar. Daha ətraflı məlumat üçün:
Beynəlxalq Ədalət Məhkəməsi Simulyasiyasının Məlumat Kitabçası
ELSA Beynəlxalq Təşkilatının flaqman layihələrindən biri olan bu müsabiqə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlərin təqdim edilməsi prosedurunun simulyasiyasından ibarətdir. Bu səhnələşdirilmiş məhkəmə müsabiqəsi tələbələrə Avropa İnsan Hüquqları Konvensiyasının və onun prinsiplərinin tətbiqini real təcrübədə görmək üçün bənzərsiz bir fürsət yaradır. Müsabiqə ingilis dilində keçirilir. Müsabiqədə yalnız eyni universitet tələbələrindən ibarət komandalar iştirak edə bilərlər. Komandalar 2-4 üzvdən ibarət olur. Müsabiqə 3 mərhələdən ibarətdir: Yazılı müraciət; Regional Mərhələ; Final mərhələsi. İlk 2 mərhələni uğurla tamamlamış 18 komanda Strasburq şəhərində keçirilən böyük Finala vəsiqə qazanır. Yerli universitetləri təmsil etmək üçün yığılmış komandalara ELSA Azərbaycan tərəfindən akademik və texniki dəstək göstərilir. Müsabiqə barədə daha ətraflı məlumat üçün: https://helgapedersenmoot.elsa.org/
ELSA Beynəlxalq Təşkilatının flaqman layihələrindən biri olan bu müsabiqə Ümumdünya Ticarət Təşkilatının (ing. WTO) mübahisələrin həlli prosedurunun simulyasiya edilmiş iclaslarından ibarətdir. İştirakçılar təqdim edilmiş kazusu təhlil edir və yazılı müraciətlərini hazırlayırlar, daha sonra isə həm ərizəçi, həm də cavabdeh tərəfi kimi arqumentləri ilə Ümumdünya Ticarət Təşkilatının əməkdaşları və ticarət hüququ üzrə mütəxəssislərindən ibarət bir heyət qarşısında çıxış edirlər. Müsabiqənin əsas məqsədi beynəlxalq ticarət hüququ və Ümumdünya Ticarət Təşkilatının mübahisələrin həlli prosedurları haqqında bilikləri artırmaq, eləcə də gələcəkdə çoxtərəfli ticarətdə iştirak qabiliyyətini gücləndirməkdən ibarətdir. Müsabiqə ingilis dilində keçirilir. Komandalar 2-4 üzvdən ibarət olur. Müsabiqə 3 mərhələdən ibarətdir: Yazılı müraciət; Regional Mərhələ; Final mərhələsi. İlk 2 mərhələni uğurla tamamlamış ən yaxşı komandalar Cenevrə şəhərində keçirilən böyük Finala vəsiqə qazanır. Müsabiqə barədə daha ətraflı məlumat üçün: https://johnhjacksonmoot.elsa.org/