Peşəkar İnkişaf

Hüquq tələbələrinə peşəkar dünyaya inamlı addım atmaqda dəstək oluruq

Peşəkar inkişaf fəaliyyət istiqaməti çərçivəsində ELSA Azərbaycan tələbə və gənc hüquqşünasların peşəkar inkişafını dəstəkləyən müxtəlif layihələr həyata keçirir. Bu fəaliyyət istiqaməti beynəlxalq və yerli təcrübə proqramları, şirkətlərə və dövlət orqanlarına təşkilati səfərlər, sərt və yumuşaq bacarıqların inkişafı məqsədi daşıyan vörkşoplar, müsabiqələr və s. kimi layihələri əhatə edir. Bu fəaliyyətlərdən məsul şəxs Peşəkar inkişaf üzrə vitse-prezidentdir, və bu vitse-prezidentin rəhbərlik etdiyi komanda layihələrin təşkilini və icrasını həyata keçirir. Peşəkar inkişaf komandasının həyata keçirdiyi bu fəaliyyətlər hüquq sahəsində daha uğurlu karyera qurması üçün zəmin hazırlayır və onların peşəkar inkişaf yolunda mühüm addımlar atmasına şərait yaradır.
L@W KPMG

“Lawyers@Work” Layihəsi

“Lawyers@Work” layihəsi çərçivəsində iştirakçılar şirkətlərin və dövlət orqanlarının hüquq praktikaları ilə yaxından tanış olmaq fürsəti əldə edirlər. Layihə iştirakçılarına həmin qurumların peşəkar əməkdaşları tərəfindən müəssisənin fəaliyyət istiqamətləri, gördüyü işlər və uğurlu əməkdaş olmaq üçün tələb olunan keyfiyyətlər barədə ətraflı məlumat təqdim olunur. Bundan əlavə, iştirakçılar müəssisələr tərəfindən müəyyənləşdirilən müsabiqəni uğurla başa vurduqları halda, bu qurumlarda təcrübə keçmə və ya peşəkar inkişaflarına töhfə verəcək digər dəyərli imkanlar qazanmaq şansı əldə edirlər. Layihənin ilk buraxılışı 2021-ci ildə “Ekvita” MMC hüquq şirkətində həyata keçirilmişdir. Daha sonra layihə ardıcıl olaraq Deloitte Azərbaycan, EY Azərbaycan, PwC Azərbaycan kimi Big4 şirkətləri ilə davam etdirilmiş və 2024-cü ildə KPMG Azərbaycan ilə V-ci buraxılışı həyata keçirilmişdir. Müsabiqənin nəticəsində bir çox iştirakçı bu şirkətlərdə təcrübə keçmək fürsətini əldə edərək, peşəkar təcrübələrini artırmaq imkanı qazanmışdırlar.
ELSA Traineeships

ELSA Beynəlxalq Təcrübələri

(“ELSA Traineeships” və ya “ET”) - ELSA-nın ən nüfuzlu və beynəlxalq miqyasda tanınan flaqman layihəsidir. Bu layihə çərçivəsində tələbələr və gənc hüquqşünaslara 20-dən çox xarici ölkədə əmək haqqı qarşılığında hüquq şirkətlərində və ya dövlət orqanlarında, həm online, həm də ofis mühitində hüquqi təcrübə keçmək imkanı təqdim edilir. Proqram, bir il ərzində qış və yay dövrlərində həyata keçirilir. Təcrübə imkanlarından yararlanmaq üçün tələbələr təcrübə təminatçısı tərəfindən müəyyən edilən xüsusi meyar və tələblərə uyğun gəlməlidirlər. Bu, iştirakçıların həm akademik, həm də peşəkar baxımdan inkişaf etməsinə töhfə verməklə yanaşı, beynəlxalq hüquq sahəsində karyeralarını möhkəmləndirmək üçün imkanlar yaradır. Daha ətraflı məlumat üçün ELSA Traineeships-in rəsmi saytına keçid edə bilərsiniz: https://traineeships.elsa.org/
ntp scaled

Yerli Təcrübə Proqramları

ELSA Azərbaycanın Peşəkar inkişaf komandası Beynəlxalq Təcrübə Proqramları ilə yanaşı, Yerli Təcrübə Proqramları da təşkil edir. Bu proqram çərçivəsində iştirakçılar dövlət qurumlarında və özəl sektorda təcrübə keçmək imkanı qazanırlar. Təcrübə müddətini uğurla başa vuran iştirakçılar, çalışdıqları müəssisələrdə daimi iş imkanları əldə etmək şansı da qazanırlar. 2025-ci ildən etibarən təcrübəçilərin həm dövlət, həm də özəl sektorda praktiki təcrübə qazanaraq, gələcək karyera istiqamətlərini daha dəqiq müəyyənləşdirmələrinə kömək edəcək ikili sertifikat proqramları həyata keçiriləcək. Bu proqramla bağlı daha ətraflı məlumat yaxın zamanda ELSA Azərbaycanın rəsmi saytı və sosial media hesablarında paylaşılacaq.
AI workshop

Sərt və yumşaq bacarıqların inkişafına yönəldilmiş layihələr

ELSA Azərbaycanın Peşəkar inkişaf komandası tələbələrin və gənc hüquqşünasların həm sərt, həm də yumşaq bacarıqlarını inkişaf etdirməyə yönəlmiş müxtəlif layihələr təşkil edir. Müasir əmək bazarında uğur qazanmaq üçün təkcə nəzəri biliklər kifayət etmir; bu biliklərin praktik tətbiqi və buna lazım olan spesifik bacarıqlar da böyük əhəmiyyət daşıyır. Peşəkar İnkişaf komandası tərəfindən həyata keçirilən bu layihələr iştirakçılara hüquqi yazı, araşdırma aparmaq, müsahibələrdə uğurla çıxış etmək, effektiv danışıqlar aparmaq, liderlik və idarəetmə bacarıqları kimi vacib kompetensiyalara yiyələnmək imkanı yaradır.
karyera sərgiləri

Karyera sərgiləri

Peşəkar inkişaf komandası hüquq və digər ixtisas tələbələrinin, eləcə də məzunların iş imkanları əldə etməsinə dəstək olmaq məqsədilə karyera sərgiləri təşkil edir. Bu sərgilər çərçivəsində iştirakçılar müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətlərlə tanış olur, onların iş prinsipləri, mövcud vakansiyaları və karyera imkanları haqqında ətraflı məlumat əldə edirlər.
Huquq təhsilində korpu

Karyera planlaması

Peşəkar İnkişaf komandası tələbələrin və gənc hüquqşünasların karyeralarını düzgün planlamalarına dəstək olmaq məqsədilə müxtəlif layihələr həyata keçirir. Bu layihələrə karyera söhbətləri, müzakirələr, peşəkar hüquqşünasların karyera yolları barədə danışıqları və digər inkişafyönlü tədbirlər daxildir. Bu təşəbbüslər iştirakçılara fərqli hüquq sahələri üzrə perspektivləri öyrənmək, real təcrübələrdən ilham almaq və gələcək karyera istiqamətlərini daha dəqiq müəyyənləşdirmək imkanı yaradır.