Akademik Fəaliyyətlər

Hüquq tələbələrinin akademik biliklərini və tədqiqat bacarıqlarını inkişaf etdirən layihələr həyata keçiririk

Şahid Dindirmə Müsabiqəsi (WIC)

Şahid Dindirmə Müsabiqəsi bir cinayət işi ilə əlaqədar şahidin dindirilməsi prosesini əhatə edir. İki nəfərlik qruplar halında çıxış edən komandalar onlara verilmiş kazus əsasında qarşıdakı şəxsi dindirərək cinayət işi ilə bağlı lazımi faktları alaraq işə düzgün tövsif verməyə çalışırlar.

Müsabiqənin məqsədləri hüquq tələbələrini gələcək karyeraları üçün hazırlamaq və iştirakçıların sahə üzrə mütəxəssislər tərəfindən qiymətləndirilməsi və rəy verilməsini təmin etməkdir. Müsabiqənin dili Azərbaycan dilidir.

Logo Sahid Dindirmə

Müştəri Konsultasiya Müsabiqəsi (CIC)

Müştəri Konsultasiya Müsabiqəsi iki tələbədən ibarət komandanın müştəri ilə simulyasiya formasında təşkil olunmuş konsultasiyada vəkil rolunu öz üzərinə götürdüyü akademik yarışmadır.

Vəkil rolunda çıxış etməklə siz real faktlar vasitəsilə müştərinin mövqeyinin ayrı-ayrı hissələrini praktiki olaraq öyrənə və bununla da hüquqşünas kimi ilk mühüm təcrübənizi qazana bilərsiniz. Burada ən əsası müştərinin tələb və gözləntiləri ilə bağlı düzgün nüansları aşkar etmək və konsultasiya prosesi üçün yaxşı atmosfer yaratmaqdır.

Mustəri Konsultasiya logo

ELSA Danışıqlar Müsabiqəsi (ENC)

ELSA Danışıqlar Müsabiqəsi iki tərəf arasında aparılan danışıqlar simulyasiyasıdır. Müsabiqədə iki tələbədən ibarət komandalar müştərinin nümayəndəsi kimi bir-biri ilə yarışır. Müsabiqənin məqsədi danışıq aparmaq bacarığını inkişaf etdirmək və hüquqi danışıqlara marağı artırmaqdır. İştirakçılar müxtəlif meyarlar əsasında qiymətləndirilir. Bunlara komanda daxilində əməkdaşlıq, danışıqlar strategiyası və qarşı tərəflə münasibət, həmçinin iştirakçıların özünü təhlil etmə bacarıqları daxildir.
Danisiqlar musabiqəsi logo

ELSA Azərbaycan Hüquq Jurnalı

ELSA Azərbaycan Hüquq Jurnalı tələbələr, gənc hüquqşünaslar, müxtəlif hüquq sahələrinin mütəxəssisləri və digər maraqlı şəxslər tərəfindən yazılmış, Akademik Heyət tərəfindən yoxlanılaraq seçilən və Redaksiya Heyəti tərəfindən müəyyən olunmuş qaydada redaktə olunmuş məqalələr və digər yazıların dərc olunduğu akademik nəşrdir. Redaksiya Heyəti Akademik Fəaliyyətlər üzrə Vitse-Prezident və onun tərəfindən təyin olunan ən azı 3 nəfər şəxsdən ibarət olmalıdır. Qeyd edək ki, indiyə qədər ELSA Azərbaycan Hüquq Jurnalının 7 buraxılışı dərc olunmuşdur. Jurnallarla tanış olmaq üçün link