Hüquq tələbələri üçün hərtərəfli inkişaf təqdim edirik
Marketinq layihələrimiz, ELSA-nın missiyasını və fəaliyyətlərini yerli və beynəlxalq miqyasda tanıtmağa yönəlib. Bu təşəbbüslərə daxildir:
Brend Tanıtımı ELSA-nın fəaliyyəti və layihələri sosial şəbəkələr və digər platformalar vasitəsilə tanıdılır, brendin tanıdılmasına yönələn müxtəlif rəqəmsal və kreativ kampaniyalar həyata keçirilir
Media Layihələri ELSACast və ELSA Info jurnalı vasitəsilə hüquq sahəsində aktual mövzular, təşkilatın fəaliyyəti və tələbələr üçün faydalı məlumatlar geniş auditoriyaya təqdim olunur
ELS Azərbaycan məhsulları ELSA brendini gündəlik fəaliyyətlərinizin bir parçası etmək üçün müxtəlif məhsullar – fincanlar, geyimlər, qələm, dəftərlər və s. hazırlanaraq təqdim olunur
Akademik Fəaliyyətlər bölməsi, hüquq tələbələrinin təhsil və peşəkar inkişafını dəstəkləmək məqsədilə bir sıra müxtəlif proqram və tədbirlər təqdim edir. ELSA Azərbaycan, tələbələrə hüquqi biliklərini inkişaf etdirmək üçün seminarlar, konfranslar, hüquqi mühazirələr və praktiki təlimlər təşkil edir. Bu fəaliyyətlər, tələbələrin yalnız nəzəri biliklərini gücləndirməklə kifayətlənmir, həm də onlara real dünya təcrübəsi qazanmağa və hüquq sahəsindəki mütəxəssislərlə əlaqələr qurmağa imkan verir.
Akademik fəaliyyətlər, tələbələrə hüquqi düşünmə bacarıqlarını inkişaf etdirmək, analiz etmək və hüquq məsələlərini daha dərindən anlamaq imkanı yaradır. Eyni zamanda, tələbələr bu tədbirlər vasitəsilə həm akademik cəhətdən, həm də peşəkar şəbəkə qurmaq baxımından dəyərli təcrübələr əldə edirlər. Bu proqramlar, hüquq tələbələrinin karyera məqsədlərinə çatmalarına və onları gələcək hüquq sahəsindəki vəzifələrə hazırlamaq üçün mühüm bir addımdır.
Məhkəmə müsabiqələri ELSA Azərbaycanın ən çox gözlənilən tədbirlərindəndir. Bu müsabiqələr, hüquq tələbələrinə:
İştirakçılar müdafiəçi və ya prokuror/ iddiaçı və ya cavabdeh rolunda çıxış edirlər.
Tələbələr hüquqi araşdırmalarını, yazılı və şifahi təqdimat bacarıqlarını sınaqdan keçirirlər.
Komanda şəklində iştirak edərək, tələbələr əməkdaşlıq və liderlik bacarıqlarını gücləndirirlər.
Peşəkar inkişaf (PD) komandası ELSA Azərbaycanın əsas sahələrindən biri olaraq hüquq tələbələri və gənc hüquqşünasları lazımi bacarıqlarla təmin etməklə onların gələcək karyeralarını doğru istiqamətləndirmək məqsədi daşıyır. Bunun üçün, PD komandası Təcrübə proqramları və Peşəkar inkişaf layihələri olmaqla 2 istiqamətdə fəaliyyət göstərir.
Təcrübə proqramları özündə Yerli Təcrübə Proqramı (NTP) və Beynəlxalq Təcrübə Proqramının (ELSA Traineeships) təşkilini ehtiva edir. Hər iki proqram çərçivəsində komanda üzvləri təcrübə təminatçılarının (dövlət və özəl müəssisələrin) tapılmasında, həm yerli, həm də ölkəmizə gələn xarici təcrübəçilərlə aktiv ünsiyyətin qurulmasında və onlara təcrübə müddətində dəstəyin göstərilməsində yaxından iştirak edir. Peşəkar inkişaf layihələri isə iştirakçıların yumşaq və sərt bacarıqlarının təkmilləşməsinə və karyera hədəflərini aydınlaşdırmağa yönəlmişdir. Bu layihələrə Hüquq Karyera Forumu, Lawyers@work, Karyera Söhbətləri (Career Talks), Hüquqi yazı, Hüquqi ingilis dili və digər layihələr aiddir.
Seminarlar və Konfranslar ELSA Azərbaycan tərəfindən təşkil edilən və hüquq tələbələrinin yeni inkişafları və hüquq sahəsində praktiki bilikləri öyrənmələrini təmin edən tədbirlərdir. Bu tədbirlər aşağıdakı mövzuları əhatə edir:
Qeyri-Formal Tədris Formal təhsildən kənar interaktiv öyrənmə metodları və praktiki yanaşmalar vasitəsilə hüquqi biliklərin genişləndirilməsi
Kurikulumdan Kənar Universitet proqramlarında əhatə olunmayan hüquqi mövzular üzrə daha dərin və geniş öyrənmə imkanlarının təmin edilməsi
Hüquqda İnnovativ Tendensiyalar Müasir hüquqi dəyişikliklər və yeniliklərlə bağlı təşkil olunan müxtəlif layihələr vasitəsilə daha rahat və aktual öyrənmə mühitinin yaradılması