Suallarınız

Tez-tez Verilən Suallar

Fəaliyyətimiz dövründə sizlərdən gələn sulları cavablandıraq.
ELSA Azərbaycana necə üzv ola bilərəm?

ELSA Azərbaycana 2 formada üzv ola bilərsiniz: cari səhifənin aşağısındakı anketi doldurmaqla və ya aşağıdakı linki yerləşdirilmiş qeydiyyat formunu doldurmaqla. Müvafiq qeydiyyat formunu doldurub üzvlük haqqını ödəyən hər kəs ELSA Azərbaycanın üzvü ola bilər. Üzvlük blankını əldə etmək üçün: https://forms.gle/NUYrc8AvN9a8AMCw8

Yaşı 14-dən yuxarı olan istənilən şəxs ELSA Azərbaycanın üzvü ola bilər. ELSA Azərbaycanın üzvü olmaq üçün ixtisas tələbi yoxdur.
Bəli. İllik üzvlük haqqı 20 AZN təşkil edir.
Üzvlük müddəti 1 ildir. Əgər şəxs üzvlük müddəti bitdikdən sonra üzvlüyünü yeniləmək istəyirsə,bunun üçün elektron-poçt ünvanı üzərindən ona göndərilmiş üzvlük yeniləmə blankını doldurmalıdır.
ELSA Azərbaycanın üzvləri təşkilat tərəfindən keçirilən tədbirlərdə ödənişsiz və ya güzəştli şərtlərlə iştirak etmək, Ümumi Yığıncağın üzvü statusunu daşımaq və səsvermə hüququ ilə iştirak etmək hüququna malikdir.

Əlavə suallarınız olduğu təqdirdə secgen@az.elsa.org elektron-poçt ünvanına yaza bilərsiniz.