Xəbərlər

Əhəmiyyətli Hüquq Xəbərləri və Təsirlər

Ən Son Hüquq Xəbərləri ilə hüquq sahəsindəki vacib inkişafları izləyin. Yeni qanunvericilik, məhkəmə qərarları və hüquqi yeniliklər haqqında məlumat əldə edin.

ELSA Azərbaycanın Nümayəndə Heyəti 88-ci Beynəlxalq Şura Toplantısında iştirak etmişdir

ELSA Azərbaycanın Milli İdarə Heyətinin 2 üzvündən ibarət nümayəndə heyəti 12-16 noyabr tarixlərində Finlandiyanın Helsinki şəhərində keçirilən ELSA-nın 88-ci Beynəlxalq Şura Toplantısında iştirak etmişdir.

Nümayəndə heyəti təşkilatın fəaliyyət istiqamətləri üzrə təşkil olunmuş müxtəlif vörkşoplarda iştirak edərək ELSA Beynəlxalqın Nizamnaməsinə və “Qərarlar Kitabı”na təklif olunmuş dəyişiklikləri müzakirə etmiş və plenar iclaslarda səsverməyə çıxarılmış həmin dəyişikliklərə müxtəlif istiqamətlərdə səs vermişdir.

Yekun plenariyada ELSA-nın 2025/2026-cı illər üzrə Beynəlxalq İdarə Heyətinə – Xəzinədar vəzifəsinə seçkilər keçirilmişdir. ELSA Azərbaycanın nümayəndə heyəti Xəzinədar vəzifəsinə namizədin vörkşopunda, eləcə də səsvermədə iştirak etmişdir.

Əlaqəli Xəbərlər