Xəbərlər

Əhəmiyyətli Hüquq Xəbərləri və Təsirlər

Ən Son Hüquq Xəbərləri ilə hüquq sahəsindəki vacib inkişafları izləyin. Yeni qanunvericilik, məhkəmə qərarları və hüquqi yeniliklər haqqında məlumat əldə edin.

Baş Prokurorluqda “Şahid Dindirmə Müsabiqəsi”nin final mərhələsi keçirilib

Azərbaycan Respublikasının Baş Prokurorluğunda “Şahid Dindirmə Müsabiqəsi”nin 5-ci buraxılışının final mərhələsi keçirilib.

2025-ci ilin “Konstitusiya və Suverenlik ili” çərçivəsində, Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Bakı İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində Baş Prokurorluqda “Şahid Dindirmə Müsabiqəsi” təşkil edilib.

Müsabiqə bir neçə mərhələdən ibarət olmaqla 13 oktyabr tarixində təlim mərhələsi, 22 oktyabr tarixində yarımfinal, 29 oktyabr tarixində isə final mərhələsi üzrə həyata keçirilib.

Bu təşəbbüs Konstitusiya və suverenlik dəyərlərinin hüquqşünas gənclər arasında daha dərindən mənimsənilməsi, eləcə də praktiki-peşəkar bacarıqların inkişafı məqsədini daşıyır.

Final mərhələsində iştirakçılar real istintaq situasiyalarını canlandıraraq şahid ifadələrinin əldə edilməsi, sual vermə taktikasının qurulması, prosessual davranış və hüquqi əsaslandırma sahəsində bilik və bacarıqlarını nümayiş etdirib. Müsabiqənin qiymətləndirilməsi hakimlər qismində çıxış edən Baş Prokurorluğun əməkdaşları tərəfindən aparılıb.

Final mərhələsinin nəticəsinə əsasən Bakı Dövlət Universitetinin hüquq fakültəsinin III kurs tələbələri Aydan Cəfərli və Mehri Ağazadə I yerə, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin III kurs tələbələri Zərəngiz Həsənova və Aysu Hüseynova II yerə, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin IV kurs tələbələri Nəzrin Abdullazadə, Fatimə Fərruxlu və Bakı Dövlət Universitetinin hüquq fakültəsinin IV kurs tələbələri Nuray Əhmədova və Fidan Məmmədli III yerə layiq görülmüşdür. Göstərdiyi təşkilati və təlimçi dəstəyinə görə Baş Prokurorluğa dərin minnətdarlığımızı bildiririk.

Müsabiqənin sonunda final mərhələsində iştirak edən hər üç komandaya sertifikat, pul mükafatı və xüsusi hədiyyələr verilmiş, prokurorluq əməkdaşlarına və partnyorlarımızın nümayəndələrinə təşəkkürnamələr təqdim edilmişdir.

Əlaqəli Xəbərlər

Qəbələdə Beynəlxalq Qış Hüquq Məktəbinin VII buraxılışı keçirildi

8-15 fevral 2026-cı il tarixlərində Qəbələ şəhərində müqavilə hüququna həsr olunmuş “WELS Gabala” Qış Hüquq Məktəbinin 7-ci buraxılışı uğurla həyata keçirilib. Tədbir ELSA Azərbaycanın təşkilatçılığı, “Turan Legal and Tax Services” və “Azerlegal Group”un maliyyə dəstəyi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının, “Legalize Law Firm”, “KPMG Law

Ətraflı »

ELSA Azərbaycan tərəfindən “Suverenlik və müstəqilliyin konstitusion hüquqi əsasları” layihəsi çərçivəsində məktəb şagirdlərinə hüquqi maarifləndirmə məqsədli təlimlər keçirilmişdir

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) “Şəbəkə: Gənclər Təşkilatlarının fəaliyyətlərinə dəstək” proqramı çərçivəsində “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – Bakı” İctimai Birliyi (ELSA Azərbaycan) tərəfindən “Suverenlik və müstəqilliyin konstitusion hüquqi əsasları” adlı layihə həyata keçirilmişdir. Layihə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi

Ətraflı »

ELSA Azərbaycanın XII Ümumi Yığıncağı həyata keçirilmişdir

20 dekabr 2025-ci il tarixində ASAN İnnovativ İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə ELSA Azərbaycanın XII Ümumi Yığıncağı baş tutmuşdur! ELSA Azərbaycanın XII Ümumi Yığıncağı Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan olunmuşdur. ELSA Azərbaycanın Baş katibi Murad Əsgərov tərəfindən XII Ümumi Yığıncağın tərkibi elan olunmuşdur.

Ətraflı »