Xəbərlər

Əhəmiyyətli Hüquq Xəbərləri və Təsirlər

Ən Son Hüquq Xəbərləri ilə hüquq sahəsindəki vacib inkişafları izləyin. Yeni qanunvericilik, məhkəmə qərarları və hüquqi yeniliklər haqqında məlumat əldə edin.

ELSA Azərbaycanın XII Ümumi Yığıncağı həyata keçirilmişdir

20 dekabr 2025-ci il tarixində ASAN İnnovativ İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə ELSA Azərbaycanın XII Ümumi Yığıncağı baş tutmuşdur!

ELSA Azərbaycanın XII Ümumi Yığıncağı Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan olunmuşdur. ELSA Azərbaycanın Baş katibi Murad Əsgərov tərəfindən XII Ümumi Yığıncağın tərkibi elan olunmuşdur. Daha sonra XII Ümumi Yığıncaq çərçivəsində ELSA Azərbaycanın 2025/26-cı illər üzrə Milli İdarə Heyətinin Hesabat konfransı baş tutmuşdur.

Yekun Plenariyada ELSA Azərbaycanın Reqlamentinə təklif edilən əlavə və dəyişikliklər səsə qoyulmuş və müvafiq qərarlar qəbul edilmişdir. Eyni zamanda ELSA Azərbaycanın qüvvədə olan Reqlamentinin müvafiq maddələrinə əsasən, Milli İdarə Heyəti tərəfindən qəbul edilmiş qərarlar Ümumi Yığıncağın diqqətinə çatdırılmışdır.

XII Ümumi Yığıncağın rəsmi hissəsi səsvermə prosesi ilə yekunlaşmışdır. Səsvermə nəticəsində 2025/26-cı illər üzrə Auditorlar Şurasının üzvləri vəzifəsinə Günel Cavadova, Ziya İsmayılzadə və Arifə Sadıxova seçilmişdir.

Əlaqəli Xəbərlər

Qəbələdə Beynəlxalq Qış Hüquq Məktəbinin VII buraxılışı keçirildi

8-15 fevral 2026-cı il tarixlərində Qəbələ şəhərində müqavilə hüququna həsr olunmuş “WELS Gabala” Qış Hüquq Məktəbinin 7-ci buraxılışı uğurla həyata keçirilib. Tədbir ELSA Azərbaycanın təşkilatçılığı, “Turan Legal and Tax Services” və “Azerlegal Group”un maliyyə dəstəyi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının, “Legalize Law Firm”, “KPMG Law

Ətraflı »

ELSA Azərbaycan tərəfindən “Suverenlik və müstəqilliyin konstitusion hüquqi əsasları” layihəsi çərçivəsində məktəb şagirdlərinə hüquqi maarifləndirmə məqsədli təlimlər keçirilmişdir

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) “Şəbəkə: Gənclər Təşkilatlarının fəaliyyətlərinə dəstək” proqramı çərçivəsində “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – Bakı” İctimai Birliyi (ELSA Azərbaycan) tərəfindən “Suverenlik və müstəqilliyin konstitusion hüquqi əsasları” adlı layihə həyata keçirilmişdir. Layihə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi

Ətraflı »

Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının XI buraxılışının final mərhələsi keçirilmişdir

17 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində ELSA Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının tam dəstəyi ilə təşkil olunan Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının XI buraxılışının final mərhələsi keçirilmişdir. Tədbirin açılışında Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Ziya Qasımov çıxış edərək iştirakçıları salamlayıb,

Ətraflı »