
VI Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının finalçılarının mükafatlandırılması
20 Fevral tarixində ELSA Azərbaycan tərəfindən keçirilən VI Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının Final mərhələsində Bakı Dövlət Universitetinin II kurs tələbələri olan Səma Cəfərli və Yasəmən Məmmədova, Azərbaycan Respulikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 4-cü kursunda təhsil alan Altay İsmayılov və Səyyad Yusifli ilə qarşılaşmışdır. Yarışmanın qalibi Altay İsmayılov və Səyyad Yusifli olmuşdur. 06 Mart 2021-ci il tarixində Finalçıların mükafatlandırma mərasimi baş tutmuş, onlara kubok, sertifikatlar və pul mükafatları təqdim edilmişdir.