VI Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası

VI Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası

20 Fevral tarixində ELSA Azərbaycan tərəfindən keçirilən VI Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının Final mərhələsi baş tutmuşdur.

Hakimlər qismində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Sevinc Alıyeva, Günel İsmayılbəyli və Anar Məmişov çıxış etmişdir.

Final mərhələsində Bakı Dövlət Universitetinin 2-ci kurs tələbələri olan Səma Cəfərli və Yasəmən Məmmədova Azərbaycan Respulikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 4-cü kursunda təhsil alan Altay İsmayılov və Səyyad Yusifli ilə qarşılaşmışdır. Yarışmanın qalibi Altay İsmayılov və Səyyad Yusifli olmuşdur. Yarışmanın qalibləri kubok, sertifikat və pul mükafatı qazanmışdır. Müsabiqədə iştirak edən bütün komandalara təşəkkür edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

Hər kəsin, xüsusilə də Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasında iştirak şansını qaçırmış şəxslərin nəzərinə çatdıraq ki, hal-hazırda ELSA Azərbaycan tərəfindən keçiriləcək X Milli Məhkəmə Müsabiqəsində iştirak etmək üçün qeydiyyat davam edir, qoşulmağa tələsin!

Untitled design (9)

Untitled design (8)

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır

19 − five =

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 + sixteen =