
V Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası
14 Dekabr tarixində ELSA Azərbaycan tərəfindən keçirilən V Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının Final mərhələsi baş tutmuşdur. Final mərhələsində Bakı Dövlət Universitetinin 3-cü kurs tələbələri olan Fatimə Muxtarova və Fidan Məmmədova, Azərbaycan Respulikası Prezident yanında Dövlət İdarəçilik Akademiyasının 3-cü kursunda təhsil alan İmran Nəzirli və Səyyad Yusifli ilə qarşılaşmışdır. Yarışmanın qalibi İmran Nəzirli və Səyyad Yusifli olmuşdur. Komandanı təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik! Ayrıca nəzərinizə çatdırmaq istəyirik ki, ELSA Azərbaycan tərəfindən keçiriləcək və ELSA Azərbaycanın 10 illiyinə həsr olunacaq IX Milli Məhkəmə Müsabiqəsinə qeydiyyat artıq başlamışdır.