Vəkilliyin 100 illiyinə həsr olunmuş VIII Milli Məhkəmə Müsabiqəsinin finalı keçirildi

Vəkilliyin 100 illiyinə həsr olunmuş VIII Milli Məhkəmə Müsabiqəsinin finalı keçirildi

Dəyərli tələbələr,

Bu gün, yəni 10 Mart Azərbaycan Respublikasının Ali Məhkəməsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Avropa Hüquqşünas Tələbələri Assosiasiyasının (ELSA Azərbaycan) birgə təşkilatçılığı ilə Azərbaycan vəkilliyinin 100 illiyinə həsr olunmuş VIII Milli Məhkəmə Müsabiqəsinin final mərhələsi keçirilmişdir.

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbir iştirakçılarını salamlayaraq, tədbirin təşkil edilməsinə göstərmiş dəstəyinə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Müsabiqənin yarımfinal mərhələsində uğur qazanmış iki komanda – Bakı Dövlət Universiteti ilə Gömrük Akademiyasının hüquq fakültələrinin komandaları mülki iş üzrə prosesdə çəkişmişlər. Proses tərəflərinin çıxışları Ali Məhkəmənin hakimləri Əsəd Mirzəliyev, Əhməd Əhmədov və Sənan Hacıyev tərəfindən qiymətləndirilmiş və müsabiqənin nəticəsi üzrə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin komandası qalib elan olunmuşdur.

Müsabiqənin sonunda Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev bu kimi tədbirlərin gənc hüquqşünaslar üçün əhəmiyyəti, o cümlədən Vəkillər Kollegiyasının son dövrlər həyata keçirdiyi tədbirlər nəticəsində gənclərin vəkil peşəsinə marağının artmasının təqdirəlayiq hal olduğunu qeyd etmişdir.

Qeyd olunmalıdır ki, Azərbaycan vəkilliyinin 100 illiyinə həsr olunmuş VIII Milli Məhkəmə Müsabiqəsinin birinci mərhələsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, yarımfinal mərhələsi isə Bakı Apellyasiya Məhkəməsində keçirilmişdir.

Daha sonra iştirakçılar Ramiz Rzayev və Anar Bağırov tərəfindən sertifikatlarla təltif edilmiş, müsabiqə iştirakçıları ilə xatirə fotosu çəkilmişdir.

FB_IMG_15523860414384348FB_IMG_15523860468646563FB_IMG_15523860573901459
FB_IMG_15523860065167676FB_IMG_15523860315760038FB_IMG_15523860364146443

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır

3 × two =

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − 12 =