
Ümumi iclas – 07.01.2017
7 yanvar tarixində ELSA Azərbaycanın ofisində idarə heyəti iclası baş tutmuşdur. İclas ərzində Antikorrupsiya Qış Məktəbi, TV formatında Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsi, Kommersiya və Korporativ hüququ mövzusunda Hüquqi Kurs, Hüquq Jurnalı və maliyyələşmə siyasəti kimi məsələlər müzakirə olunmuş, təşkilatın sədri Məhəmməd İsmayılov tərəfindən bir sıra göstərişlər verilmişdir. İclasda qonaq qismində 2015/2016-cı illər üzrə Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsi üzrə Vitse-Prezident kimi fəaliyyət göstərmiş Murad Bayramlı iştirak etmişdir. Sonda isə ELSA Azərbaycanın 2014/2016-cı illər ərzində Tələbə Təcrübə Mübadilə Proqramı üzrə Vitse-Prezidenti olmuş, hal-hazırda Xarici Əlaqələr üzrə Direktor kimi çalışan Nərmin Əliyeva “Yeni İl” münasibətilə təşkilata hədiyyə bağışlamışdır. Bu incə hərəkətinə görə təşkilatımız adından Nərmin Əliyevaya təşəkkür edirik.
////
7 января в офисе ELSA Азербайджана было проведено собрание руководящего состава. На собрании были обсуждены такие вопросы, как Антикоррупционная Зимняя Школа, Конкурс по Симулированию Судебного заседания в телевизионном формате, юридические курсы на тему Коммерческое и Корпоративное право, Юридический журнал, а также финансирование. Президентом организации Мухаммедом Исмайловым были даны ряд указаний. В качестве гостя на собрании участвовала Вице-Президент по Симуляции Суда в 2015/2016 Мурад Байрамлы. В конце Вице-Президент ELSA Азербайджана по STEP в 2014/2016 и нынешний Директор по иностранным связям Нармин Алиева в честь “Нового года” подарила подарок организации. От имени всей организации мы благодарим Нармин Алиеву за этот подарок.
////
On 7th of January the Board Meeting was held in the office of ELSA Azerbaijan. During the meeting some issues were discussed such as Anticorruption Winter School, Moot Court Competition in the TV format, Legal Course on Commercial and Corporate Law, Law Journal and fundraising. President of the organization Mahammad Ismayilov gave a number of tasks. At the meeting ex-Vice President for MCC in 2015/2016 Murad Bayramlı took part as a guest. At the end of the meeting ex-Vice President for STEP in 2014/2016 and present Director for External Relations Narmin Aliyeva gave the gift to the organization in honor of the “New Year”. We all thank to Narmin Aliyeva for her gift.