ELSA Azərbaycanın yeni “Project Manager” i

Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan Nümayəndəliyi tərəfindən layihə meneceri vəzifəsi üçün elan edilən vakansiya ilə bağlı müsabiqəyə yekun vuruldu.

Müsabiqə online CV müraciətlər əsasında həyata keçirilmişdir və ümumilikdə 70 CV qəbul edilmişdir. Qəbul edilən CV-lərdən 16-ı Deadline-dan sonra göndərildiyi üçün müvafiq vakansiya ilə bağlı həmin CV-lərə baxılmamışdır. Digər 54 CV ümumilikdə olduqca yüksək qiymətləndirilmişdir.

1208936_515219125222199_166366132_n

Müsabiqənin ümumi nəticəsinə əsasən Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Layihə Meneceri vəzifəsinə Elçin Əliyev təyin edilmişdir. Qeyd edim ki, Elçin Əliyev Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alır və hal-hazırda İrəli İctimai Birliyində də Layihə Meneceri kimi çalışmaqdadır.

 

Təyinatın bütün üzvlər və eləcə də bütöv ELSA komandası üçün uğurlu olacağına ümidvarıq.

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır