ELSA Helsinkinin Bakı şəhərinə Təhsil Səfəri

ELSA Helsinkinin Bakı şəhərinə Təhsil Səfəri

16-20 Oktyabr tarixlərində Finlandiyanın paytaxt şəhəri olan Helsinki şəhərindən 20-yə yaxın tələbənin Təhsil Səfəri çərçivəsində Bakı şəhərinə səfəri baş tutmuşdur.

Təhsil Səfərinin proqramı çərçivəsində xarici tələbələr üçün akademik və sosial proqram təşkil olunmuşdur. Akademik proqram qismində tələbələr üçün seminar və institusional səfərlər təşkil olunmuşdur. Tələbələr üçün Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Respublikası Ali Məhkəməsi, ASAN Xidmət Mərkəzi, ADA Universitetinə tur təşkil olunmuşdur. Bundan əlavə, xarici tələbələrin yerli tələbələrlə inteqrasiyasını təmin etmək məqsədilə Elgün Paşazadə “Beynəlxalq kommersiya hüququnda nümayəndəlik və təmsilçilik” mövzusunda ingiliscə təlim keçirilmişdir.

Sosial proqram çərçivəsində Heydər Əliyev Mərkəzi, Heydər Məscidi, Xalça Muzeyi, Qobustan palçıq vulkanları, Qız Qalası, İçərişəhər kimi müasir və tarixi əhəmiyyətli yerlərə tur təşkil olunmuşdur.

Azərbaycanlı tələbələrin Finlandiyaya səfəri fevral ayına planlaşdırılır.

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır

twenty − three =

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 1 =