Şura sədri Azay Quliyev Avropa gənclər təşkilatının rəhbərlərilə görüşdü

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Avropa Hüquq Tələbələri Assosiasiyasının (ELSA) Brüsseldəki baş qərargahının rəhbəri Oskar Lema Buza və onu müşayiət edən bir qrup gənclə görüşdü.

 
O.L.Buza rəhbərlik etdiyi gənclər təşkilatı haqqında məlumat verərək bildirdi ki, ELSA-nın 200-dən artıq Avropa universitetində on minlərlə üzvü var. O.Buza təşkilatın məqsədinin hüquqşünas tələbələrin və gənc hüquqşünasların bilik və bacarıqlarının artırılması, onlar üçün Avropa ölkələrində təcrübə və təlimlərin təşkil olunması və elmi mübadilə proqramlarının həyata keçirilməsi olduğunu bildirdi. ELSA rəhbəri təşkilatın Azərbaycan nümayəndəliyinin də səmərəli fəaliyyət göstərdiyini də vurğuladı.

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır