Study Visit: Norveç-Azərbaycan

Study Visit: Norveç-Azərbaycan

30 yanvar – 3 fevral tarixləri arasında ELSA Azərbaycan tərəfindən təşkil olunan “Study Visit” – Təhsil Səfəri layihəsi baş tutmuşdur. Layihənin məqsədi Norveçdən gələn qonaqları – hüquq tələbələrini Azərbaycanın hüquq sistemi, dövlət quruculuğu, hüquq təhsili sistemi haqda məlumatlandırmaq, onları Azərbaycanla, Bakı ilə yaxından tanış etmək idi.
Layihə çərçivəsində qonaqlar Azərbaycan Diplomatik Akademiyasına da səfər etdilər. Səfərin əsas hissəsində norveçli tələbələr Akademiyanın professorları – Fərid Əhmədov və Rəşad İbadovun mühazirələrini dinlədilər. Mühazirə zamanı tələbələrə Azərbaycanın hüquq sistemi, hüquq sisteminin tarixi, inkişaf prosesi və bugünkü vəziyyəti haqda danışıldı. Müasir dövrdə məhkəmə hakimiyyəti, hakimlərin səlahiyyətləri, qanunların məhkəmələrdə tətbiq olunması prosesi haqda məlumat verildi. Həmçinin, beynəlxalq hüqunun və qanunvericiliyin Azərbaycanda tətbiq olunması, yerli və xarici qanunların toqquşduğu hallarda onların necə tətbiq olunması müzakirə olundu. Qonaqlar Azərbaycanda hüquq təhsili və hüquq sisteminin təkmilləşdirilməsi yolunda gedən islahatları maraqla dinlədilər. Sonda, tələbələr mühazirə zamanı yaranan suallarını professorlara ünvanlandırdılar.
Səfərin ikinci hissəsində isə Norveçli tələbələr akademiyanın təhsil binalarını gəzdilər, dərs otaqları, tələbə mərkəzi, yeməkxana ilə tanış oldular. Tələbə kitabxanası, elektron baza və kitabxananın kitab potensialı haqda məlumatlandırıldılar.

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır