Tələbə Təcrübə Müdaliə proqramı ELSA Azərbaycanın yeni yaranmş və mühüm sahələrindən biri hesab olunur. Komandanın əsas işi təcrübə proqramları təşkil etmək, xarici tələbələrin bu proqramda iştirakını təmin etmək, yerli tələbələrin isə xarici təcrübə proqramlarında iştirakını təşkil etməkdən ibarətdir. Tələbə Təcrübə Mübadilə Programı tələbələrə öz hüquqi biliklərini təkmilləşdirmək, xarici ölkələrin hüquq sistemləri ilə yaxından tanış olmaq, xarici dil biliklərini inkişaf etdirmək habelə təcrübə keçdikləri ölkənin mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradan bir proqramdır.  Təcrübə müddəti 2 həftədən 2 ilədək davam edə bilər. ELSA təcrübə keçəcək şəxslərə proqramdan əvvəl və proqram müddətində yaşayış, viza və mühitə uyğunlaşma sahələrində böyük dəstək verir.

STEP proqramına yalnız ELSA Azərbaycanın üzvü olan şəxslər müraciət edə bilər və aşağıdakı prosedur izlənilməlidir :

  1.  ELSA Azərbaycanın STEP üzrə Vitse-Prezidenti ilə əlaqə saxlamaqla məlumat əldə etmək;
  2.  STEP üzrə Vitse-Prezidentdən əldə etdiyiniz tələbə müraciət formasını doldurmaq ;
  3.  STEP üzrə Vitse-Prezidentindən müraciət formasında təqdim etdiyiniz məlumatların yoxlanılması üçün görüş təyin etməyi xahiş etmək ;

Müraciət formasında bütün mühüm məlumatlar doldurulmalıdır və müraciətçi eyni zamanda 3 təcrübə proqramını qeyd edə bilər. Təcrübə proramına müraciət edərkən, son müraciət tarixi, təcrübə müddəti və tələblərə diqqət yetirilməlidir.

Müraciət formasını doldurarkən aşağıdakı punktlar nəzərə alınmalıdır :

–         Təhsil səviyyəsi

–         Dil bilikləri

–         Hüquqi biliklər

–         CV

–         Motivasiya məktubu

Sizə uyğun təcrübə proqramını müəyyənləşdirdikdən sonra STEP üzrə məsuliyyətli şəxslə əlaqə saxlayın. ( STEP officer, VP STEP)

 

STEP Day

Komanda tərəfindən təşkil edilən tədbirlərdən biri “STEP Day” dir. STEP Day informativ xarakter daşıyır.Tədbirin ilk hissəsində tələbələrə beynəlxalq təcrübə proqramları və bu proqramlara müraciət qaydaları haqqında məlumatlar verilir.Tədbirin ikinci yarısında isə Proqram çərçivəsində təcrübə keçmək istəyən şəxslər təcrübəli şəxs tərəfindən CV və Motivasiya məktubunun yazılması qaydaları barədə məlumatdırılır.

Suallarınızı gözləyirik!

[email protected]