
“SMP” müsabiqəsinin müsahibə mərhələsi yekunlaşdı
“Səhnələşdirilmiş Məhkəmə Prosesi” müsabiqəsinin müsahibə mərhələsi yekunlaşdı
Avropa Hüquqşünas Tələbələr Asossiasiyasının Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə hüquqşünas tələbələr arasında keçirilən “Səhnələşdirilmiş Məhkəmə Prosesi” müsabiqəsinin müsahibəs mərhələsi başa çatmışdır.
Qeyd edək ki, 5-30 noyabr 2013-cü il tarixlərində elan olunmuş müsabiqə üzrə elektron qeydiyyat vasitəsi ilə 100-dən çox gəncimiz müsabiqədə iştirak etmək üçün müraciət etmişdir. Müraciət edən gənc hüquqşünaslar müxtəlif kurslar üzrə olmaqla Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Milli Aviasiya Akademiyasını təmsil edirdilər. 14-17 Dekabr tarixlərində isə müraciəti qeydə alınmış iştirakçılarla müsahibələr keçirilmiş və 23 komandada təmsil olunan 46 gənc hüquqşünas seçilmişdir.
İştrakçı qismində qeydə alınan komandalar:
- “Ekstrim” – Ləman Əsgərova və Gülnar Eyyubova
- “One minute” – Ləman Əliyeva və Hümbət Quliyev
- “Legion” – Vasif Hacıxəlilov və Fərid Əliyev
- “Invictus Lawyers” – Anar Əlizamanlı və Şadman Əmirxanlı
- “Artemida” – Lalə Əbdürrəhimova və Nihal Əlizadə
- “İnter Alia” – Orxan Əbdülkərimli və Aqil Hüseynli
- “Judger Class” – Elniz İsayev və Soltan Muradov
- “Müstəqil Məhkəmə Hakimiyyəti – Nərmin Əmirova və Elxan Heydərli
- “Sofistlər” – Vüsal Ağazadə və Əsəd Əliyev
- “D’accord?” – Leyla Əhmədova və Müşfiqə Əsgərova
- “Lawlove” – Azad Məmmədli və Fidan Əbdürrəhimli
- “Əql və Ədl” – Tərxan İsmayılzadə və Rukiyyə Tağısoy
- “Gladius” – Sənan Bayramlı və Rəşid Mansırov
- “İdrak” – Aydan Babayeva və Şahnaz Qafarlı
- “Afirist” – Elçin Buluşov və Coşqun Abdullayev
- “Pepper&Poppy” – Lalə Darçınova və Simuzər Abdullah
- “İstintaq” – Fərid Məmmədov və Əlibaba Əliyev
- “Mystery” – Ayşə Əfəndiyeva və Aydan Ağazadə
- “Femida” – Zabitə Əliyeva və Günay Vəliyeva
- “Safenus” – Fatimə Sultanzadə və Elməddin Aydəmirov
- “De lege” – Nərmin Əbilova və Eldanə Əliyeva
- “Armada” – Orxan Ağayev və Rəqsanə Kərimova
- “Noosfera” – Cavidan Hacıyev və Səmədağa Səmədzadə