[vc_row bg_image=”206″ bg_image_repeat=”cover”][vc_column width=”1/4″][/vc_column][vc_column width=”1/2″]

Müştəri Konsultasiya Müsabiqəsinin I Buraxılışının finalı

13 iyun 2021-ci il tarixində “LegalAid” və “Ekvita” şirkətlərinin dəstəyi ilə “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunda Müştəri Konsultasiya Müsabiqəsinin I Buraxılışının final mərhələsi baş tutmuşdur. “Sui-Generis” və “Just justice” komandalarının iştirak etdiyi final mərhələsində  “Just justice” komandası (Fidan Abışsoy və Leyla Nuruzadə) təcrübəli hakimlərin qiymətləndirməsi əsasında ən yüksək balı toplayaraq qalib gəlmiş və ELSA Azərbaycan […]

ELSA Danışıqlar Müsabiqəsi

15 may tarixində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində ELSA Azərbaycanın Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Grata International, BHM və Adrem Attorneys hüquq şirkətlərinin dəstəyi ilə təşkil etdiyi lll Elsa Danışıqlar Müsabiqəsinin yarımfinal və final mərhələləri baş tutmuşdur.  ELSA Danışıqlar Müsabiqəsi iki tərəf arasında danışıqlar prosesinin simulyasiyasıdır. Bu məqsədlə, müştərini təmsil edən iki hüquq tələbəsi və ya […]

Milli Məhkəmə Müsabiqəsi

16 may 2021-ci tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası və ELSA  Azərbaycanın birgə təşkilatçılığı ilə 10-cu Milli Məhkəmə Müsabiqəsinin final mərhələsi baş tutmuşdur. Müsabiqədə proses tərəflərinin çıxışları Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri Elşanə Vəliyeva, Aqil Abbasov və Elşad Şamayev tərəfindən qiymətləndirilmişdir.  Final mərhələsində Bakı Dövlət Universiteti SABAH Qruplarının 3-ci kurs tələbələri Aysu […]

VI Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının finalçılarının mükafatlandırılması

20 Fevral tarixində ELSA Azərbaycan tərəfindən keçirilən VI Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının Final mərhələsində Bakı Dövlət Universitetinin II kurs tələbələri olan Səma Cəfərli və Yasəmən Məmmədova, Azərbaycan Respulikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 4-cü kursunda təhsil alan Altay İsmayılov və Səyyad Yusifli ilə qarşılaşmışdır. Yarışmanın qalibi Altay İsmayılov və Səyyad Yusifli olmuşdur. 06 Mart […]

Esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması

  15 fevral 2021-ci ildə ELSA Azərbaycan tərəfindən “Süni intellekt mülki hüququn subyekti hesab edilə bilərmi?” mövzusunda keçirilən Esse müsabiqəsinin qalibləri mükafatlandırılmışdır. İngilis dilində yazılan esselər üzrə qalib Sevil Həsənli, Azərbaycan dilində yazılan esselər üzrə qalib isə Ata Vəliyev olmuşdur. Qaliblərə pul mükafatı və sertifikat təqdim edilmişdir. Eyni zamanda ikinci yerin qaliblərinə də hədiyyə kuponları […]

VI Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası

20 Fevral tarixində ELSA Azərbaycan tərəfindən keçirilən VI Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının Final mərhələsi baş tutmuşdur. Hakimlər qismində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Sevinc Alıyeva, Günel İsmayılbəyli və Anar Məmişov çıxış etmişdir. Final mərhələsində Bakı Dövlət Universitetinin 2-ci kurs tələbələri olan Səma Cəfərli və Yasəmən Məmmədova Azərbaycan Respulikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 4-cü […]

III Beynəlxalq Qış Hüquq Məktəbi

4-11 Fevral tarixlərində Qəbələ şəhərində “Müqavilə hüququ” mövzusunda 3-cü Beynəlxalq Qış Hüquq Məktəbi baş tutmuşdur. Tədbirdə 10 nəfər xarici və 20 nəfərdən çox yerli tələbənin iştirakı təmin olunmuşdur. Tədbir ərzində iştirakçılar akademik proqram çərçivəsində Müqavilə hüququnun müxtəlif sahələri ilə bağlı təlimçilər tərəfindən məlumatlandırılmışdır. Eyni zamanda bir sıra dövlət orqanlarına, başda Asan Xidmət olmaqla səfər təşkil […]

Azərbaycan Mediasiya Müsabiqəsi

Dekabr ayının 14-də ADA Universitetində ELSA Azərbaycanın ArbMe Mübahisələrin həlli Mərkəzi və AAA – ABŞ Təhsilli Məzunlar Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil etdiyi Azərbaycan Mediasiya Müsabiqəsinin Finalı baş tutmuşdur. “Ən yaxşı tərəf nümayəndəsi” nominasiyasında Dövlət İdarəçilik Akademiyasının III kurs tələbəsi Nəzrin Şükürlü, “Ən yaxşı mediator” nominasiyasında isə ADA Universiteti I kurs tələbəsi Xəyyam Sultanlı qalib […]
MORE NEWS  
[/vc_column][vc_column width=”1/4″][/vc_column][/vc_row]