Şahid Dindirmə Müsabiqəsinin I Buraxilişinin Hazirliq (Təlim) Mərhələsi

Şahid Dindirmə Müsabiqəsinin I Buraxilişinin Hazirliq (Təlim) Mərhələsi

23 oktyabr tarixində Baş Prokurorluğun Elm-Tədris Mərkəzində “Şahid Dindirmə Müsabiqəsinin” hazırlıq (təlim) mərhələsi keçirilmişdir.

“Şahidi dindirmə prosesi” mövzusunda təşkil edilən təlimdə dinləyici qismində müsabiqədə iştirak hüququ qazanmış “ADA” Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasımın hüquq fakültələrində təhsil alan 22 tələbə iştirak etmişdir.

Təlimçi qismində Baş Prokurorluğun Elm - Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin prokuroru, ədliyyə müşaviri Çingiz Əli-zadə və Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Qasım Məmmədov çıxış etmiş, sonda ELSA Azərbaycanın Akademik Fəaliyyətlər üzrə vitse-prezidenti Səbinə Zülfiyeva tərəfindən iştirakçılara müsabiqə qaydaları barədə ətraflı məlumat verilmişdir.

Təlimin sonunda iştirakçılara müvafiq sertifikatlar verilmiş, təlimçilərə isə təşəkkürnamə təqdim olunmuşdur.

Göstərilən təşkilati və təlimçi dəstəyinə görə Azərbaycan Respublilası Baş Prokurorluğuna dərin minnətdarlığımızı bildiririk!

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır