Şahid Dindirmə Müsabiqəsinin I Buraxilişinin Final Mərhələsi

Şahid Dindirmə Müsabiqəsinin I Buraxilişinin Final Mərhələsi

5 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində ELSA Azərbaycan tərəfindən ölkəmizdə ilk dəfə təşkil olunan “Şahid Dindirmə Müsabiqəsi”nin final mərhələsi keçirilmişdir.

Dindirmə prosesinin simulyasiyasını nəzərdə tutan müsabiqənin final mərhələsində Dövlət İdarəçilik Akademiyası və Bakı Dövlət Universitetinin tələbələri çıxış etmiş, onların çıxışları Baş Prokurorluğun müvafiq sahələr üzrə ixtisaslaşmış və təcrübəli əməkdaşları Çingiz Əli-zadə və Qasım Məmmədov tərəfindən qiymətləndirilmişdir.

Müsabiqənin sonunda final mərhələsində iştirak edən hər iki komanda üzvlərinə sertifikat, pul mükafatı və xüsusi hədiyyələr verilmiş, prokurorluq əməkdaşlarına təşəkkürnamələr təqdim edilmişdir.

Qalibləri təbrik edir, göstərilən dəstəyə görə Azərbaycan Respublikası Baş Prokurorluğuna dərin minnətdarlığımızı bildiririk!

Son olaraq, müsabiqənin təşkilində göstərdikləri dəstəyə görə “Alliance”Hüquq Mərkəzi və “KANATIS” konsaltinq şirkətinə təşəkkür edirik.

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır

18 − two =

Leave a Reply

Your email address will not be published.

10 − five =