“Səyyar Hüquqi Yardım” layihəsi Sumqayıtda start götürdü

“Səyyar Hüquqi Yardım” layihəsi Sumqayıtda start götürdü

ELSA Azərbaycan Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə 23 yanvar 2015-ci il tarixində Sumqayıt şəhərində “Səyyar hüquqi yardım” layihəsinin icrasına başlamışdır.

“Səyyar hüquqi yardım” layihəsi çərçivəsində həyata keçirilən təlimlərin 1-ci mərhələsi əsasən uşaq hüquqları ilə bağlı məsələləri ehtiva edib. Burada məqsəd uşaqlara prinsipial hüquqi məqamlar haqqında izahatlar, şərhlər vermək, uşaqlarda ilkin hüquqi şüurun formalaşdırılmasından ibarət olub.

Təlimin əsas mövzuları uşaq hüquqlarının nə olması, mövcudluğunun zəruriliyini şərtləndirən amillər, uşaq hüquqlarının nəzəri və praktiki əsasları olub. Təlimdə “Uşaq hüquqları” konvensiyası (1959-cu il) kimi mütərəqqi sənədlərdən söz açılıb. Beynəlxalq təcrübəyə anoloji olaraq dövlətimizin də qəbul etdiyi “Uşaq hüquqları haqqında” qanunun əhəmiyyəti və vacibliyi qeyd olunub. Bu kontektsdə uşaqların mənafeləri, hüquqları, azaqlıqları, toxunulmazlığı, normal həyat fəaliyyətinin hüquqi əsasları, eyni zamanda vəzifələri kimi aktual məsələlər müzakirə barədə iştirakçılara məlumat verilib.

Təlimdə uşaqların əmək hüququ məsələsinə də xüsusi yer ayrılıb. Əmək məcəlləsinin 38-ci fəslində “yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri” başlığı altında qeyd olunmuş maddə və normalarda təsbit edilmiş bu və ya digər məsələlər barədə məlumat verilib.

Sonda uşaqların müzakirə olunan məsələləri daha yaxşı başa düşmələri və mənisəmələri üçün onlar işçi qruplarına bölünüb, yeni əldə etdikləri anlayışlar əsasında fikir mübadiləsi aparıblar.

ELSA Azərbaycan “ELSA for children” ( “Uşaqlar üçün ELSA” ) proqramı çərçivəsində əvvəllər də müəyyən işlər görüb. “Səyyar Hüquqi Yardım” layihənin həyata keçirilməsində əsas məqsəd uşaqların maarifləndirilməsi, onlarda ilkin hüquqi şüurun formalaşdırılması, uşaqların əsas hüquqlarının təbliği və onların müdafiə üsullarının başa salınmasıdır.

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır