“Səyyar Hüquqi Yardım” İsmayıllıda

“Səyyar Hüquqi Yardım” İsmayıllıda

ELSA Azərbaycan tərəfindən 2 fevral 2015-ci il tarixində İsmayıllı Şəhər 5 saylı tam orta məktəbində Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Səyyar hüquqi yardım” layihəsi çərçivəsində təlim keçirilmişdir. Daha əvvəl Sumqayıt şəhərində həyata keçirilən layihənin növbəti mərhələsi İsmayıllı rayonunda baş tutmuşdur. Layihə çərçivəsində şagirdlərə uşaq hüquqları mövzusunda təlim keçilmişdir. Layihənin icrası bundan sonra da müxtəlif şəhər və rayonlarda davam etdiriləcəkdir.

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır