“Səyyar Hüquqi Yardım” İmişlidə şagirdlərə hüquqlarını öyrətdi
ELSA Azərbaycan Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə 27 fevral 2015-ci il tarixində İmişli rayonu Əliqulular kənd tam orta məktəbində “Səyyar hüquqi yardım” layihəsinin icrasını davam etdirmişdir. Layihədə respublika ərazisində uşaqların məlumatlandırılması əsas ideya olub, bu məqsədlə məktəblilərə onların hüquqları və hüququn realizəsi, hüququn məqsəd və prinsipləri kimi mövzularda təlimlər keçirilmişdir.
Təlimin keçirilməsində dəstəyə görə Əliqulular kənd tam orta məktəbinin direktoru, əməkdar müəllim, qızıl qələm mükafatçısı Səxavət Tağıyevə və məktəbin bütün müəllim kollektivinə ELSA Azərbaycan adından təşəkkürümüzü bildiririk.
Layihə bundan əvvəl də Sumqayıt şəhəri və İsmayıllı rayonunda baş tutmuşdur.
Post by ELSA Azerbaijan.