
Səhnələşdirilmiş Məhkəmə Prosesinin mükafatlandırma tədbiri keçirilib
25 İyun 2014-cü il tarixində Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyi – ELSA Azərbaycanın bir neçə aydır ki davam edən “Səhnələşdirilmiş məhkəmə” layihəsi başa çatdı və qaliblər təşkil edilən tədbirdə mükafatlandırıldılar. ELSA Azərbaycanın Akademik Fəaliyyətlər üzrə vitse-prezidenti Könül Bədəlovanın rəhbərliyi ilə baş tutan layihəyə 100-dən artıq hüquqşünas tələbə müraciət etsə də, onlardan cəmi 44 nəfər (22 komanda) seçilməyə müvaffəq olmuş, finala iki cəmisi 4 komanda çıxmışdır. Layihənin məhkəmə işləri Səbail Rayon Məhkəməsində baş tutumuşdur. 25 İyun tarixində isə Anatolia Oteldə qaliblərin mükafatlandırılması tədbiri keçirilmişdir. Tədbirdə ELSA Azərbaycanın yeni prezidenti Bayram Oruclu və eks-prezidenti Sirac Sultanlı qalibləri təltif etdilər. Qaliblər Elçin Buluşov və Şadman Əmirxanlının komandası 500AZN, ikinci yer isə 300AZN pul mükafatı ilə təltif olundular. Tədbirdə layihənin digər iştirakçılarına da sertifikatlar verildi.