Səhnələşdirilmiş Məhkəmə Prosesinin İkinci Mərhələsi Həyata Keçirildi

Səhnələşdirilmiş Məhkəmə Prosesinin İkinci Mərhələsi Həyata Keçirildi

Səhnələşdirilmiş Məhkəmə Prosesi Müsabiqəsi II Mərhələ27 Aprel 2014-cü il tarixində Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyi (ELSA Azərbaycan) Səbail rayon məhkəməsində Səhnələşdirilmiş Məhkəmə Prosesləri müsabiqəsinin ikinci mərhələsini həyata keçirmişdir. ELSA Azərbaycanın Akademik Fəaliyyətlər üzrə vitse-prezidenti Könül Bədəlova layihə barədə bildirmişdir ki, layihənin əsas məqsədi hüquqşünas tələbələrin praktiki bilik və bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. “Layihəyə cəlb olunan hüquqşünas tələbələr istər mülki, istərsə də cinayət məhkəmə icraatlarında iştirak etməklə öz nəzəri biliklərini praktiki bacarıqlarla uzlaşdırmalı olurlar ki, bu da onların keyfiyyətli hüquqşünas kimi yetişməsində önəmli rol oynayır” deyə Könül Bədəlova vurğulamışdır. Könül Bədəlova qeyd etmişdir ki, Səhnələşdirilmiş Məhkəmə Prosesləri müsabiqəsində iştirak etmək üçün, 100-dən artıq hüquqşünas tələbə müraciət etsə də, onlardan cəmi 44 nəfər (22 komanda) seçilməyə müvaffəq olmuş və proseslər 3 mərhələdən ibarət planlaşdırılmışdır. Könül Bədəlova: “Artıq 2 mərhələ başa çatdı, və yalnız 4 komanda müsabiqəyə davam etmək hüququ əldə etməyə nail oldu, düşünürük ki, ən layiqli olan qalib olacaqdır. Proseslərin yarım-final və final mərhələlərinin May ayının ortalarında həyata keçirilməsi planlaşdırılır”. Səhnələşdirilmiş Məhkəmə Prosesi layihəsi (Moot Court) ELSA-ın fəaliyyətinin çox önəmli şaxələrindən biridir və bütün Avropa ölkələrində, hüquqşünas tələbələr arasında təşkil olunur.

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır