
Səhnələşdirilmiş Məhkəmə Prosesinin Final Mərhələsi baş tutub
22 İyun 2014-cü il tarixində Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyi – ELSA Azərbaycanın Səbail rayon məhkəməsində Səhnələşdirilmiş Məhkəmə Prosesləri müsabiqəsinin final mərhələsi baş tutub. ELSA Azərbaycanın Akademik Fəaliyyətlər üzrə vitse-prezidenti Könül Bədəlovanın rəhbərliyi ilə baş tutan layihəyə 100-dən artıq hüquqşünas tələbə müraciət etsə də, onlardan cəmi 44 nəfər (22 komanda) seçilməyə müvaffəq olmuş, finala iki cəmisi 4 komanda çıxmışdır. Maraqlı keçən final görüşündə qalib Elçin Buluşov və Şadman Əmirxanlının komandası olmuşdur. Səhnələşdirilmiş Məhkəmə Prosesi layihəsi (Moot Court) ELSA-ın fəaliyyətinin çox önəmli sahələrindən biridir və bütün Avropa ölkələrində, hüquqşünas tələbələr arasında təşkil olunur.