Prezident Administrasiyasının rəsmisi ilə görüş

Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) nümayəndələri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin

insan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının idarə heyətinin üzvü, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov ilə görüşmüşlər.

ELSA-dan AzərTAc-a bildirmişlər ki, “Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycana dair işlər” mövzusunda keçirilən görüşdə Ç.Əsgərov gənc hüquqşünaslara qurum ilə işin quruluşu, səlahiyyətli nümayəndənin fəaliyyəti, kommunikasiya edilən şikayətlərin təhlili, bu məhkəmənin qərarlarının icrası ilə bağlı görülən tədbirlər barədə ətraflı məlumat vermişdir.

Sonra ELSA-Azərbaycanın prezidenti Kamal Cəfərov gənc hüquqşünaslar üçün “Səhnələşdirilmiş məhkəmə prosesləri” layihəsi haqqında ətraflı məlumat vermiş, hüquqşünas tələbələrin müxtəlif qurumlarda təcrübə keçmə imkanlarından danışmışdır.

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır