Səhnələşdirilmiş Məhkəmə Prosesi Müsabiqəsinin İştirakçıları ilə görüş keçirildi

Səhnələşdirilmiş Məhkəmə Prosesi Müsabiqəsinin İştirakçıları ilə görüş keçirildi

24 Dekabr tarixində Beynəlxalq Mətbuat Mərkəzində Səhnələşdirilmiş Məhkəmə Prosesi Müsabiqəsinin iştirakçıları ilə görüş keçirilmişdir. Görüş zamanı müsabiqənin qaydalarını əks etdirən “Bələdçi” nümayiş etdirilmişdir.Təşkilatımızın Akademik Fəaliyyətlər üzrə vitse-prezidenti Könül Bədəlova çıxışında qeyd etmişdir ki, artıq Fevral ayından etibarən Məhkəmə Prosesləri start götürəcəkdir. Proseslərlə yanaşı, müsabiqə iştirakçıları ilə layihə çərçivəsində ardıcıl olaraq hakim və vəkillərin görüşlərinin keçiriləcəyini qeyd edən Könül Bədəlova, onu da vurğulamışdır ki, Səhnələşdirilmiş Məhkəmə Proseslərində iştirak etmək, öz karyera planlarını Azərbaycan Respublikası Məhkəmələrində planlaşdıranlar üçün olduqca əhəmiyyətli praktiki təcrübədir.

Görüşün sonunda ELSA Azərbaycan tərəfindən Səhnələşdirilmiş Məhkəmə Prosesi Müsabiqəsi iştirakçıları üçün hazırlanan kitabça nümayiş etdirilmişdir.

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır