Prezident Administrasiyası Hüquq-Mühafizə orqanları ilə iş şöbəsinin Baş Məsləhətçisi ilə görüş keçirildi

Prezident Administrasiyası Hüquq-Mühafizə orqanları ilə iş şöbəsinin Baş Məsləhətçisi ilə görüş keçirildi

21 Dekabr 2013-cü il tarixində ELSA Azərbaycan tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən Azərbaycan Gənclər Sammiti layihəsi çərçivəsində Azərbaycan Respublikası Prezident Administrasiyası Hüquq-Mühafizə orqanları ilə iş Şöbəsinin Baş Məsləhətçisi  xanım Səadət Yusifova ilə görüş keçirilmişdir.

İnteraktiv şəkildə həyata keçirilən görüş çərçivəsində, son illər ölkəmizdə hüquq-mühafizə orqanlarında həyata keçirilən islahatlar barədə məlumat verən xanım Yusifova, islahatların bundan sonra da davam edəcəyinə ümidvar olduğunu bildirmişdir.

Eləcə də, Səadət Yusifova Beynəlxalq münaqişələr, bu münaqişələrin həll istiqamətləri barədə Sammit iştirakçılarını ətraflı şəkildə məlumatlandıraraq, mövcud şəraitlə əlaqədar beynəlxalq münaqişələrin həlli ilə bağlı məsələlərin Azərbaycan üçün xüsusilə aktual olduğunu qeyd etmişdir.

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır