ELSA Norveç deleqasiyası Ali Məhkəmədə oldu

ELSA Norveç deleqasiyası Ali Məhkəmədə oldu

Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyi tərəfindən (ELSA Azərbaycan) Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Norveç-Azərbaycan Təhsil Səfəri” layihəsinin iştirakçıları bu gün Azərbaycan Respublikası Ali Məhkəməsində olublar. ELSA Norveç nümayəndə heyəti ilkin olaraq, Ali Məhkəməsinin  inzibati binası ilə tanış oldular. Qonaqlara Azərbaycan Respublikasının məhkəmə sistemi barədə məlumat verildi. Daha sonra qonaqların sualları cavablandırıldı.

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır