Müştəri Konsultasiya Müsabiqəsinin II Buraxılışının Hazırlıq (Təlim) mərhələsi

Müştəri Konsultasiya Müsabiqəsinin II Buraxılışının Hazırlıq (Təlim) mərhələsi

12 mart tarixində ELSA Azərbaycan tərəfindən Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzində Müştəri Konsultasiya Müsabiqəsi iştirakçılarının hazırlıq (təlim) mərhələsi keçirilmişdir.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Natəvan xanım Rüstəmovanın təqdimatında “Müştəri ilə müsahibənin aparılması və hüquqi mələhətin verilməsi” mövzusunda təşkil edilən 4 saatlıq təlimdə iştirakçılar mövzu üzrə həm nəzəri biliklərlə tanış olmuş, həm də təlim zamanı keçirilən kiçik simulyasiyalar vasitəsilə praktiki bacarıqlara yiyələnmişdir.

Göstərilən təşkilati dəstəyə görə Azərbaycan Respublilası Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinə və dəyərli vaxtını ayırıb iştirakçılara təlim keçən Natəvan xanıma dərin minnətdarlığımızı bildirir, iştirakçılara müsabiqədə uğurlar arzulayırıq!

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır