Müştəri Konsultasiya Müsabiqəsinin II Buraxılışının Final mərhələsi

Müştəri Konsultasiya Müsabiqəsinin II Buraxılışının Final mərhələsi

9 aprel tarixində “Sirius” Vəkil Bürosunda ELSA Azərbaycan tərəfindən ikinci dəfə təşkil olunan Müştəri Konsultasiya Müsabiqəsinin final mərhələsi keçirilmişdir.

Final mərhələsinə vəsiqə qazanan komandaların çıxışları sahə üzrə təcrübəli münsiflər tərəfindən qiymətləndirilmiş, qiymətləndirmə nəticələrinə əsasən Bakı Dövlət Universitetinin tələbələrinin iştirak etdiyi “See you in court - Sevil Həsənli və Nərmin Hüseynova” komandası I yerə, “Legal Puns - Mustafa Səfərov və Cavidan Sevdimli” komandası isə II yerə layiq görülmüşdür.

Mükafatlandırma mərasimində ELSA Azərbaycanın Akademik Fəaliyyətlər üzrə vitse-prezidenti Səbinə Zülfiyeva, “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun müdiri Yusif Allahverdiyev,  “Pro Bono” Vəkil Bürosunun direktor müavini Bəylər Məmişov, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Sevinc Əliyeva, Günel İsmayılbəyli və Aytən Əliyeva çıxış etmiş, sonda qaliblərin mükafatları və təşəkkürnamələr təqdim olunmuşdur.

Müsabiqənin təşkilinə dəstək göstərən Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, “Sirius”, "Pro Bono", "Yusif Allahverdiyev və Partnyorları”, “İsmayılbəyli və Partnyorları” Vəkil Bürolarına, iştirakçıları müsabiqəyə yüksək səviyyədə hazırlayan Natəvan Rüstəmova və dəyərli vaxtlarını ayırıb müsabiqədə iştirak edən bütün münsiflərə (Şəfa Camalzadə, Anar Məmişov, Rüfət Bədirli, Sadiq Bağırov, Aytən Verdiyeva, Nihal Xəlilova, Nuranə Carçalova, Səttar Məmmədov, Günay Sultanova, Sevinc Əliyeva, Günel İsmayılbəyli, Elcan Həsənli, Aytən Əliyeva) dərin minnətdarlığımızı bildiririk!

 

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır

9 + one =

Leave a Reply

Your email address will not be published.

seventeen + eighteen =