MOOT COURT Son Həftə

MOOT COURT Son Həftə

Bu layihə Avropa Hüquqşünas Tələbələr Asossiasiyası tərəfindən ilk dəfə 2011-ci ildə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə iki universitetdə – Bakı Dövlət Universitetinin və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri arasında təşkil edilmişdir. Layihənin final mərhələsi Ali Məhkəmədə keçirilmiş və Bakı Dövlət Universitetinin tələbələrinin qələbəsi ilə başa çatmışdır.

Dünyanın hüquq təhsilinin ayrılmaz hissəsi olan Səhnələşdirilmiş Məhkəmə Prosesi (Moot Court Competition) tələbələr tərəfindən canlandırılmış mülki və ya cinayət işləri üzrə məhkəmə prosesləridir. Səhnələşdirilmiş Məhkəmə Prosesinin əsas hədəfi tələblərdə məhkəmə prosesinin keçirilmə qaydaları barədə aydın təssəvür yaratmaq, prosesdə izləyici qismində deyil tam aktiv bir iştirakçı kimi iştirak etməyi, hüquqi düşüncənin səviyyəsi və kazusdakı problemlərin dərk olunması, məntiqli və inandırıcı arqumentlərin təqdim olunması, arqumentlərin hüquqi mənbəyinə istinad etmək, hüquq siyasətinin məqsədə uyğun istifadəsi,qarşı tərəfi əks arqumentlərlə qabaqlamaq bacarığı, prosesi ələ alma qabiliyyəti aydın və anlaşıqlı ifadə tərzi özünə güvənin göstəriliməsi, və sərgilənməsi, rəsmi ifadə tərzi, düzgün istinad, proses qaydalarına düzgün riayət olunması, vaxtın idarə edilməsi kimi müsbət və lazımi keyfiyyətlərin formalaşdırmaqdır.

Bu gün universitetlərdə tələbələrə verilən təhsil sırf nəzəri biliklərə əsaslanır. Tələbə təhsil aldığı müddət ərzində bu bilikləri praktikada tətbiq etmək üçün isə demək olar ki, imkanı olmur. Məhz bu nöqteyi-nəzərdən yanaşsaq gələcəyin hakimi, vəkili, qanunverici orqanın nümayənədəsi olan bugünkü tələbənin hüquqi məsələlərin praktiki yanı ilə tanış olması onun yüksək keyfiyyətli bir kadr kimi yetişməsində mühüm rol oynayacaqdır. Bütün akademik il ərzində Mülki və ya Cinayət Prossesual Məcəlləsi tədris olunduğu halda, məhkəmə prosesinin keçirilməsi və təşkilinin digər qaydaları öyrədildiyi halda bu prosesin əyani şəkildə keçirilməməsi bu biliklərin səmərəli şəkildə qavranılmamasına gətirib çıxardır. Məhz bu baxımdan bütün dünyada hüquq təhsilinin ayrılmaz hissəsi olan Səhnələşdirilmiş Məhkəmə Prosesinin Azərbaycan ali təhsil ocaqlarında keçirilməsi son dərəcə zəruridir. Bu həm tələbələrimizin növbəti illərdə beynəlxalq turnirlərdə iştirak etməsi üçün bir növ hazırlıq mərhələsi rolunu oynayacaq, həm də universitetlərimiz Avropa və Amerika təhsil sistemi modeli ilə taniş olmasına zəmin yaradacaq. Bundan başqa qeyd edə bilərik ki, universtetlərin beynəlxalq reytinq üzrə sıralaması məhz bu cür müsabiqələrin keçirilməsi və ya müsabiqələrdə iştiraka görə müəyyənləşir.

Qeydiyyat

1459214_558896320846437_82373702_n

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır