
Milli Məhkəmə Müsabiqəsi
16 may 2021-ci tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşkilatçılığı ilə 10-cu Milli Məhkəmə Müsabiqəsinin final mərhələsi baş tutmuşdur.
Müsabiqədə proses tərəflərinin çıxışları Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri Elşanə Vəliyeva, Aqil Abbasov və Elşad Şamayev tərəfindən qiymətləndirilmişdir.
Final mərhələsində Bakı Dövlət Universiteti SABAH Qruplarının 3-ci kurs tələbələri Aysu İsmayılzadə və Kubra Bayramova(“Lawspective”) Bakı Dövlət Universiteti SABAH Qruplarının 3-ci kurs tələbələri Məryam Atakişiyeva və Fənarə Fərəcova(“Salvatores”) ilə qarşılaşmışdır. Yarışmanın qalibi “Lawspective” komandası olmuşdur. Qaliblər kubok, sertifikat və pul mükafatı, ikinci yerin sahibləri isə sertifikat və pul mükafatı qazanmışdır.
Müsabiqədə iştirak edən bütün komandalara təşəkkür edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik.