Nigar Axundova

BEE

Nigar Axundova

Prezident

Bir dəfə ELSA-ya qoşulsan, həmişə ELSA ilə qalacaqsan.

Mən Nigar Axundova 2018/2019-cu Akademik illəri üçün ELSA Azərbaycanın Prezidenti vəzifəsini icra edirəm. Bakı Dövlət Universitetində təhsil alıram, 4-cü kurs hüquq tələbəsiyəm.

ELSA ilə tanışlığımız 4 il bundan əvvələ təsadüf edir. ELSA tələbəlik illərinizi səmərəli və dəyərli keçirmək üçün geniş imkanlar təklif edir. ELSA vasitəsilə siz özünüzü həm professional, həm akademik, həm də sosial cəhətdən inkişaf etdirə bilərsiniz.

Niyə ELSA? Çünki ELSA bizə tələbə olaraq daha böyük işlər görməyə və uğurlar qazanmağa qadir olduğumuzu göstərir. “Bir dəfə ELSA-ya qoşulsan, həmişə ELSA ilə qalacaqsan.”