Səhnələşdirilmiş Məhkəmə Müsabiqələri (MCC – Moot Court Competitions) — tələbələrə hüquqi biliklərini təkmilləşdirməyə, nəzəriyyədə əldə etdikləri bilikləri praktikada tətbiq etməyə yardım edən akademik müsabiqədir. Beynəlxalq və yerli təcrübə göstərir ki, Səhnələşdirilmiş Məhkəmə Müsabiqələri Hüquq tələbələrinin inkişafında müstəsna rol oynayır. Beynəlxalq səviyyədə hər il iki müsabiqə təşkil olunur ki, bunlar John H. Jackson Moot Court Competition və European Human Rights Moot Court Competition (EHRMCC). Azərbaycanda hüququn tədrisi zamanı nəzəri biliklərə üstünlük verildiyindən Səhnələşdirilmiş Məhkəmə Müsabiqələrinin təşkilinə xüsusi ehtiyac var. ELSA Azərbaycan tərəfindən 2011-ci ildən etibarən müxtəlif formatlarda Səhnələşdirilmiş Məhkəmə Müsabiqələri təşkil olunur. Bura Azərbaycan Respublikasının Qanunvericiliyinə əsaslanan Məhkəmə Müsabiqələri, Arbitraj Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsi və Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası aid edilir. Ötən fəaliyyət illərində Azərbaycan və Rus dillərində Səhnələşdirilmiş Məhkəmə Müsabiqələri təşkil edilmişdir. 2018/2019-cu akademik illər ərzində Səhnələşdirilmiş Məhkəmə Müsabiqələri tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası və Milli Məhkəmə Müsabiqəsi keçiriləcək.

Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası

Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının təşkilinə 2015-ci ildən etirbarən başlanıldı. Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının keçirilməsində məqsəd hüquq tələbələrinin hüquqi biliklərini praktiki təcrübə ilə birləşdirərək hüquqşünas kimi yetişmələrinə dəstək olmaqdır. Yarışma sayəsində tələbələr təkcə yerli qanunvericiliyi araşdırmaqla qalmayacaq, həm də Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini nəzərdən keçirib, onları təhlil və analiz etmək, yerli qanunvericiliklə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun uzlaşmasını və müqayisəsini aparmaq imkanı əldə edəcəklər. Həmçinin bu yarışmada iştirak edən tələbələr Avropa İnsan Hüquqları Məhkəməsində məhkəmə prosesinin hansı prosedur çərçivəsində həyata keçirildiyini və qərarların hansı meyar və əsaslara görə qəbul edildiyini mənimsəmiş olacaqlar.

Milli Məhkəmə Müsabiqəsi

2011-ci ildən etirbarən Azərbaycan Respublikası qanunvericiliyinə əsaslanan Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsinin təşkilinə başlanıldı. Milli qanunvericiliyə əsaslanan Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsinin keçirilməsində məqsəd hüquq tələbələrinin hüquqi biliklərini praktiki təcrübə ilə birləşdirərək hüquqşünas kimi yetişmələrinə dəstək olmaqdır. Yarışma sayəsində tələbələr yerli qanunvericiliyi araşdırmaqdan əlavə, onları təhlil və analiz etmək, yerli qanunvericiliklə beynəlxalq normaların uzlaşmasını və müqayisəsini aparmaq imkanı əldə edəcəklər.