ELSA Azərbaycan Legal Art layihəsinə start verir

ELSA Azərbaycan Legal Art layihəsinə start verir

ELSA Day

Avropa Hüquqşünas Gənclər Assosiasiyası Azərbaycan birliyi ELSA Azərbaycan ELSA Day çərçivəsində Legal Art layihəsinə start verir.

26 Noyabr ELSA Günü elan olunmuşdur və bu ərəfədə ELSA-ya üzv hər bir dövlət insan hüquq və azadlıqlarına hörmət və onların təşviqi istiqamətində “All different, all together” şüarı ilə tədbirlər keçirir. ELSA Azərbaycan da bu istiqamətdə Legal Art layihəsi çərçivəsində insan hüquq və azadlıqlarını tərənnüm edən incəsənət əsərlərinin sərgisini keçirəcəkdir.

ELSA Azərbaycanın Akademik Fəaliyyətlət üzrə vitse-prezidenti Könül Bədəlova lahiyə barədə bildirib : “İncəsənət insanları birləşdirməyə və sülhü təmin etməyə qadir qüvvədir. İncəsənət vasitəsilə fərqlilikləri dərk edirik, hətta düşüncələrimizi belə dəyişirik. Bəzən demək istəyib də, deyə bilmədiklərimizi bir rəsm əsəri dolğun ifadə edə bilir. Bütün bunlardan ilhamlanaraq ELSA Azərbaycan incəsənətin gücü ilə sosial məsuliyyətin əhəmiyyətini geniş ictimaiyyətə çatdırmaq məqsədilə “Legal Art” müsabiqəsinə start verir”.

Müsabiqə aşağıdakı mərhələləri əhatə edir:

* İştirakçılar üçün təlimlər (15, 16 noyabr)

* İştirakçılar tərəfindən çəkilmiş , sosial məsuliyyəti ifadə edən əsərlərinin sərgisi (23 noyabr)

* Sərgi zamanı qalib rəsmlərin elan edilməsi

Layihədə hər kəs iştirak edə bilər .

Qeydiyyat 12 noyabr tarixində başa çatacaq.

Qaliblər dəyərli mükafatla təltif olunacaqlar

Layihədə iştirak etmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz.
Qeydiyyat

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır