Korrupsiyaya qarşı Mübarizə Komissiyasının katibi ilə görüş keçirildi

Korrupsiyaya qarşı Mübarizə Komissiyasının katibi ilə görüş keçirildi

21 Dekabr 2013-cü il tarixində ELSA Azərbaycan tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən Azərbaycan Gənclər Sammiti layihəsi çərçivəsində Azərbaycan Respublikası Korruspiyaya qarşı Mübarizə Komissiyasının katibi cənab Vüsal Hüseynovıa görüş keçirilmişdir.

İnteraktiv şəkildə həyata keçirilən görüş çərçivəsində, korruspiyanın anlayışı, fərqli şəraitlərdə fərqli korruspiya növlərinin yaranması və.s barədə Sammit iştirakçılarını məlumatlandıran Vüsal Hüseynov qeyd etmişdir ki, Korrupsiyanın qarşısının alınması istiqamətində Azərbaycanda xeyli işlər görülmüşdür və hal-hazırda da görülməkdədir. Bu sahədə gənclərin də aktiv olmasının zəruruiliyini qeyd edən Vüsal Hüseynov bildirmişdir ki, dövlətin qarşısında dayanan əsas vəzifələrdən biri korrupsiya elementlərinə qarşı daha həssas nəsil yetişdirməkdən ibarətdir.

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır