“İnsan Hüquqları” natiqlik müsabiqəsi I buraxılış – Final mərhələsi

“İnsan Hüquqları” natiqlik müsabiqəsi I buraxılış – Final mərhələsi

İnsan Hüquqları Natiqlik Müsabiqəsinin Final mərhələsi keçirilib

28 may tarixlərində Yelo Bankın Baş ofisində bankın təşkilati və maliyyə dəstəyi ilə ELSA Azərbaycan tərəfindən ölkəmizdə ilk dəfə təşkil olunan “İnsan Hüquqları” natiqlik müsabiqəsinin final mərhələsi keçirilmişdir.

Finalistlərin çıxışları sahə üzrə təcrübəli vəkil və natiqlik sahəsi üzrə mütəxəssis münsiflər tərəfindən qiymətləndirilmiş, qiymətləndirmə nəticələrinə əsasən Bakı Dövlət Universitetin hüquq fakultəsinin tələbələri - Siyavuş Bağırov I, Azadə Məmmədzadə II, Xatun Əlizadə isə III yerə layiq görülmüşdür. Finalistləri təbrik edir, digər iştirakçılara isə müsabiqəyə göstərdiyi marağa görə təşəkkür edirik.

Mükafatlandırma mərasimində ELSA Azərbaycanın Akademik Fəaliyyətlər üzrə vitse-prezidenti Səbinə Zülfiyeva və müsabiqənin münsifləri çıxış etmiş, sonda qaliblərin mükafatları və təşəkkürnamələr təqdim olunmuşdur.

Müsabiqənin təşkilinə hərtərəfli dəstək göstərən Yelo Bankın rəhbərliyinə, o cümlədən münsif qismində iştirak edən Emil Əliyev, Anar Yaşaroğlu, Cəlalə Nəzəroğlu, Anar Məmişov və Nihal Xəlilovaya dərin minnətdarlığımızı bildiririk.

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır

thirteen − 4 =

Leave a Reply

Your email address will not be published.

three × 3 =