“İnsan Hüquqları” natiqlik müsabiqəsi I buraxılış – Yarımfinal mərhələsi

“İnsan Hüquqları” natiqlik müsabiqəsi I buraxılış – Yarımfinal mərhələsi

“İnsan Hüquqları” natiqlik müsabiqəsinin I buraxılışının yarımfinal mərhələsi keçirilib

19-20 may tarixlərində Yelo Bankın Baş ofisində bankın təşkilati və maliyyə dəstəyi ilə ELSA Azərbaycan tərəfindən ölkəmizdə ilk dəfə təşkil olunan “İnsan Hüquqları” natiqlik müsabiqəsinin yarımfinal mərhələsi keçirilmişdir.

İnsan hüquqları ilə bağlı müxtəlif mövzularda çıxışlar edən hüquq tələbələri və gənc hüquqşünaslar sahə üzrə təcrübəli vəkil, hüquqşünas və natiqlik sahəsi üzrə mütəxəssis münsiflər tərəfindən qiymətləndirilmiş, qiymətləndirmə nəticələrinə əsasən ən yüksək bal toplamış 7 nəfər müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdır. Finalistləri təbrik edir, final mərhələsində uğurlar arzulayırıq.

Müsabiqənin təşkilinə tam maliyyə və təşkilati dəstək göstərən Yelo Bankın rəhbərliyinə, iştirakçıları müsabiqəyə yüksək səviyyədə hazırlayan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Paşa Səfərov və təlimçi-natiq Anar Yaşaroğluna, dəyərli vaxtlarını ayırıb müsabiqədə münsif qismində iştirak edən Fərid Məmmədov, Emil Əliyev, Aysel Həsənova, Əli Qəmbərov və Anar Yaşaroğluna dərin minnətdarlığımızı bildiririk!

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır