
III Beynəlxalq Qış Hüquq Məktəbi
4-11 Fevral tarixlərində Qəbələ şəhərində “Müqavilə hüququ” mövzusunda 3-cü Beynəlxalq Qış Hüquq Məktəbi baş tutmuşdur. Tədbirdə 10 nəfər xarici və 20 nəfərdən çox yerli tələbənin iştirakı təmin olunmuşdur. Tədbir ərzində iştirakçılar akademik proqram çərçivəsində Müqavilə hüququnun müxtəlif sahələri ilə bağlı təlimçilər tərəfindən məlumatlandırılmışdır. Eyni zamanda bir sıra dövlət orqanlarına, başda Asan Xidmət olmaqla səfər təşkil olunaraq iştirakçılara bir sıra məlumatlar verilmişdir. Bundan əlavə, şəxslər sosial proqram çərçivəsində Qəbələ şəhərinin müxtəlif görülməli və tarixi yerlərini gəzməklə təmin olunmuşlar.