Gürcüstanın Tbilisi şəhərindəki İPM yekunlaşıb

Gürcüstanın Tbilisi şəhərindəki İPM yekunlaşıb

2013cü il 28 avqust-1 sentyabr tarixində Gürcüstanın Tbilisi şəhərində Avropa Hüquq Tələbələri Asossiasiyasının Prezidentlərinin görüşü olmuşdur. Assosiasiyanin Beynəlxalq idarə heyəti və bəzi ölkələrin nümayəndə heyətləri (Azərbaycan, Hollandiya, Almaniya, İsveç, Türkiyə, Luksemburq, Ukrayna, Polşa, Norveç, Danimarka) görüşdə iştirak etmişdir.
Toplantıda ELSA-nın Azərbaycan nümayəndəliyin Kərim Kərimov (Baş katib), Bayram Oruclu və Toğrul Bayramov təmsil etmişdir. Görüşlər zamanı təşkilatın gələcək fəaliyyəti, qarşılıqlı əməkdaşlıq kimi məsələlər müzakirə olunmuşdur. Müvafiq məsələlər barədə ilkin qərarlar verilərək layihələndirilmiş və yekun qərarlar üçün müzakirə Xorvatiyada bu ilin oktyabrında başlayacaq Beynəlxalq Şura toplantısına saxlanılmışdır.
Təşkilatın fəaliyyətinin daha da genişləndirilməsi və Avropadakı bütün hüquq universitetlərinə çatdırılması əsas müzakirə məsələlərindən olmuşdur. Qeyd edim ki, bu çərçivədə Almaniyada keçirilən Şura Toplantısında Lüksemburq üzvlük əldə etmişdir.
ELSAnın cari akademik il üçün Focus Programme olan Media Hüququ mövzusunda Beynəlxalq Konfrans keçirilmişdir. Konfransda media hüququnun ayrı-ayrı sahələri, bu sahədə olan problemlər və bununla yanaşı olaraq, iştirakçı ölkələrin qanunverici və digər normativ hüquqi aktlarının müvafiq məsələləri hansı şəkildə tənzimləməsi müzakirə edilmişdir. Qeyd edim ki, Konfrans Tblisi Dövlət Universitetində Universitetin rektorunun iştirakı ilə keçirilmişdir.

Şəkillər>>

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır