Başlayır
27 October 2018 - 11:00
Bitir
Ünvan
Xəritəyə baxDəyərli dostlar,
ELSA Azərbaycan sizi 27 oktyabr (şənbə günü), saat 11:00-da Anatolia Otel-də baş tutacaq “” mövzusunda keçiriləcək təlimə dəvət edir!
Aşağıdakı məsələlər müzakirə olunacaqdır:
Təlimin I hissəsi: Vəkilin müştəri ilə müsahibəsinin keçirilməsi
– İlkin anlayış, müsahibənin mərhələləri, müştərinin hüquqi probleminin aydınlaşdırılması;
– Müsahibənin psixoloji aspektləri (müştərinin psixotipləri, həmin psixotiplərə uyğun müsahibənin və məsləhətin aparılması);
– Müsahibə ilə bağlı rol oyunu. Rollar: müştəri və vəkil.
Təlimin II hissəsi: Vəkilin peşə vərdişlərindən biri – məsləhətin verilməsi
– Məsləhətvermənin mərhələləri;
– Vəkilin bacarıqları, problemin optimal həllini seçməkdə müştəriyə kömək etmə;
– Kazusların rol oyununda təhlili, müzakirə.
Sonda Beynəlxalq Arbitraj Məhkəməsində vəkilin və ekspertin iştirakı ilə bağlı qısa məlumat veriləcəkdir.
Təlim ərzində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, milli qanunvericilik üzrə ekspert, bir sıra proyektlərin kordinatoru, Avropa İnsan Hüquqları Konvensiyası və onun presedentləri haqqında keçirilən bir neçə layihədə, o cümlədən, Avropa İnsan Hüquqları Konvensiyasının yerli məhkəmələrdə tətbiqi, hüquqşünasların və insan hüquqları müdafiəçilərinin bu sahədə maarifləndirilməsi mövzusunda Avropa İttifaqı və Avropa Şurasının birgə keçirdiyi layihədə ekspert qismində iştirak etmiş, müxtəlif beynəlxalq tədbirlərin iştirakçısı, hazırda Bakı Dövlət Universitetinin müəllimi Natəvan Rüstəmova öz bilik və təcrübələrini təlim iştirakçıları ilə bölüşəcəkdir.
İştirak hüququ qazanan hər bir şəxsə sertifikat veriləcəkdir!
Təlimdə iştirak ELSA Azərbaycan üzvləri üçün ödənişsizdir. Qeyri-üzvlər üçün isə 5 AZN iştirak haqqı nəzərdə tutulmuşdur.
İştirak haqqı qazanan şəxslərə e-mail vasitəsilə məlumat veriləcəkdir!
Keçid vasitəsilə qeydiyyatdan keçə bilərsiniz:
https://goo.gl/forms/
Qeydiyyat üçün son tarix: 25.10.2018, 23:59