Başlayır
31 October 2016 - 00:00
Bitir
26 November 2016 - 00:00
Ünvan
Bakı, Azərbaycan Xəritəyə baxELSA Day Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının ən vacib beynəlxalq tədbirlərindən biridir. Bu il yenidən 43 ölkədə bütün yerli qruplar bu layihənin həyata keçirilməsi üçün birgə işləyəcək. Tədbirin məqsədi hər il eyni bir gündə insan hüquqlarının təbliği məqsədilə tədbirlərin təşkil olunmasıdır.
Əziz gənclər,
ELSA Azərbaycan tərəfindən ELSA Day tədbiri çərçivəsində Hüquqi Debat təşkil olunacaqdır. Beləliklə, siz həm beynəlxalq tədbirin, həm də Hüquqi Debat layihəsinin iştirakçısı olmaq şansı qazanacaqsınız. Hüquqi Debat layihəsinin həyata keçirilməsində məqsəd kimi gənclərin hüquqa, hüquqi maarifləndirməyə marağının artırılması, natiqlik və analizetmə qabiliyyətlərinin inkişaf etdirilməsi, problemlərin həlli üçün effektiv qərar qəbul etmək bacarıqlarının aşılanması müəyyən olunmuşdur.
Siz layihədə iştirak edərək aşağıdakı bacarıqlara yiyələnəcəksiniz:
– Müəyyən bir mövzu ətrafında geniş məlumat əldə etmək və onu sistemləşdirərək praktikada tətbiq etmək;
– Araşdırma qabiliyyətini və komandada işləmək bacarığını inkişaf elətdirmək;
– Ünsiyyət bacarıqlarını, auditoriya qarşısında öz fikir və arqumentlərini sərbəst şəkildə irəli sürmək qabiliyyətini inkişaf etdirmək.
Komanda iki nəfərdən təşkil olunacaqdır. İlk növbədə “Hüquqi debatın formatı”, “Natiqlik sənəti” mövzusunda təlimlər təşkil olunacaqdır. Növbəti mərhələdə komandalar debat turnirində iştirak edəcəklər.
Layihədə 18-25 yaş arası gənclər iştirak edə bilərlər. Layihədə iştirak ELSA Azərbaycanın üzvləri üçün pulsuzdur. İştirakçılar ELSA Azərbaycanın üzvü olmadığı təqdirdə, 5 AZN iştirak haqqı ödəməli olacaqdır.
Turnirin cədvəli:
Təlimlər: 12-13 noyabr
1-ci mərhələ: 19 noyabr
2-ci mərhələ: 20 noyabr
Final oyunu: 26 noyabr
Mükafatlandırma mərasimi: 30 noyabr
Sonda layihə iştirakçılarına sertifikatlar, qalib komanlara isə hədiyyələr təqdim olunacaqdır.
1-ci yer: 200 AZN
2-ci yer: 100 AZN
Hər hansı sualınız olarsa, [email protected] ünvanına müraciət edə bilərsiniz.
Uğurlar!
Qeydiyyat üçün son tarix - 30 Oktyabr
Qeydiyyatdan keç