ELSA Azərbaycan Hüquq Jurnalı

WhatsApp Image 2018-12-01 at 3.20.57 PM
Əziz gənclər! Fikirlərinizi ifadə etməyin asan və səmərəli yolu olan məqalə yazmaq ənənəsini inkişaf etdirmək və bu tendensiyanı sizə daha da yaxın etmək üçün ELSA Azərbaycan bu il də Hüquq Jurnalına hüququn müxtəlif sahələri üzrə məqalə qəbulunu açıq elan edir !

Başlayır

01 December 2018 - 20:00

Bitir

01 March 2019 - 23:59

ELSA Azərbaycan akademik yazılar çərçivəsində hüquq tələbələri və gənc hüquqşünasların hüquqi düşüncələrini genişləndirmək, onların hüquqi yazı qabiliyyətlərini inkişaf etdirmək məqsədilə ildə bir dəfədən çox olmayaraq Hüquq Jurnalı çap (onlayn və ya nəşr formada) edir.

Məqalənizi bizim jurnalda çap etdirməklə nə əldə edəcəksiniz?
– Rəsmi hüquq jurnalında məqaləniz çap olunacaq
– Hüquqi yazı qabiliyyətinizi inkişaf edəcək
– Elmi araşdırma, mövqe və şərhləriniz geniş ictimaiyyətə çatacaq
– Xaricdə təhsil proqramlarına müraciət zamanı həmçinin işə qəbul prosesində üstünlük əldə edəcəksiniz

Məqalələrin yazılmasına tələb olunan qaydalar və şərtlər

1.Hər bir hüquq tələbəsi və ya gənc hüquqşünas jurnala məqalə göndərə bilər;
2. Siyasi və dini xarakterli mövzular istisna olmaqla, mövzu seçimi müəlliflərin öz ixtiyarına verilir;
3. Məqalələr Azərbaycan, rus və ingilis dillərində qəbul olunur;
4. Məqalənin həcmi 1700 – 3500(min-maks) sözü əhatə etməlidir (simvol işarələri də daxil olmaqla);
5. Məqalələr Word Document fayl şəklində; Times New Roman 13 şrifti ilə 1 intervalla yazılmalıdır;
6. Məqalə bir və ya bir neçə müəllif tərəfindən yazıla bilər;
7. İstinadlar müəllifin adı yazılmaqla kitabın adı, çap olunduğu nəşriyyat, il və səhifə göstərilməklə qeyd olunur:
7.1. İstinadlar istinadın yerləşdiyi səhifədə (footnote) verilməlidir;
7.2. Müəlliflərin adı [və] ilə ayrılır;
7.3. Kitabın tam adı verilərkən köməkçi nitq hissələrindən başqa digər sözlər böyük hərflə başlayır;
7.4. Paraqrafa istinad olunursa [§] işarəsi, səhifəyə istinad olunursa səhifənin nömrəsi [53];
7.5. Səhifələrə istinad olunduqda defislə istinad olunan aralıqdakı səhifələrin nömrələri [53-58];
7.6. Hər hansı kitabın nəşr versiyasına istinad olunarkən, nəşr ilinin verildiyi mötərizədə versiyanın nömrəsi yazılır;
7.7. Eyni müəllifin eyni kitabına yenidən istinad zamanı müəllif(lər)in soyad(lar)ı, daha sonra isə kitabın səhifəsi verilir;
8. 3. Məqalə Akademik (elmi) üslubda yazılmalıdır.

Dövri nəşrlərdəki elmi məqalə və yazılara istinad zamanı diqqət olunmalıdır :
1. Müəllif və ya müəlliflərin adı vergüllə ayrılır;
2. Elmi məqalənin və ya yazının adı kursivlə verilir;
3. Məqalənin və ya yazının adındakı köməkçi nitq hissələrindən başqa bütün sözlər böyük hərflə başlayır;
4. Dövri nəşrin cildinin və ya buraxışılışın nömrəsi və nəşrin adı;
5. Məqalənin başladığı səhifə;
6. İstinadın olduğu səhifə;
7. Mötərizədə nəşr olunduğu il verilir;
8. Eyni müəllifin eyni məqaləsinə və ya yazısına yenidən istinad olunarkən müəllif(lər)in soyad(lar)ı, daha sonra səhifə qeyd olunur;
9. Jurnalda məqalələrlə yanaşı, görkəmli hüquqşünasların, ekspertlərin fikirləri də qeyd oluna bilər.

İnternet resurslarına istinad zamanı diqqət olunmalıdır:
1. İnternet mənbəyinə istinad edilərkən veb səhifədəki materialın adı və yayımlandığı il (mötərizədə) qeyd olunmalıdır;
2.Wikipedia, bloqlar,xəbər saytları kimi mənbələr etibarlı hesab olunmur. Yalnız böyük nüfuzlu xəbər saytları (The New York Times və s. kimi) və rəsmi saytlara istinad qəbul olunur.
3. Plagiat olmamalıdır.

Məqalələri [email protected] elektron ünvanına göndərə bilərsiniz.

DAHA ƏTRAFLI

Email

[email protected]

Hüquq Jurnalına məqaalə qəbulu 01.12.18 - 01.03.19 tarixlərində həyata keçiriləcək.

Qeydiyyatdan keçin

fourteen − 13 =

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 1 =